Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2211/2025 03.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X16 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutularaq azyaşlı uşaqları 24 fevral 2018-ci il təvəllüd X7 və 02 sentyabr 2024-cü il təvəllüdlü X1 üçün və ərizə məhkəməyə daxil olduğu tarixdən başlayaraq uşağı İbrahimin 3 yaşı tamam olanadək mənə hər ay 100 manat məbləğində sabit pul məbləğində alimentin tutulub ona verilməsi barəde qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 08 dekabr 2022-ci ildə ailə qurmuşlar. Nikahlarını bir qədər gec, yəni 10 avqust 2023-cü il tarixdə Gəncə 1 saylı "ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur. 02 sentyabr 2024-cü il təvəllüd X8. Bu onların hər ikisinin ikinci evliliyi olub. Birinci evlilikdən bir övladı 24 fevral 2018-ci il təvəllüdlü X12 vardır. Cavabdehlə ailə qurduqdan az sonra Öməri övladlığa götürmək isdəyini təklif etmiş, iddiaçı da buna razılıq vermişdir. Cavabdeh rəsmi olaraq Öməri övladlığa götürmüşdür. Bu barədə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnaməni ərizəsinə əlavə edir. Birgə yaşadıqları müddətdə oğlu Ömər anasının yanında yaşayıb. O da bir ana kimi daima uşağı ilə görüşüb, onun qayğısına qalıb. Bir müddətdən sonra cavabdeh onun uşağı ilə görüşməyə mane olmağa başlamışdır. Hətta telefonla hal-əhval tutmağına da icazə verməmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. 11 aydan çoxdur ki, cavabdehdən ayrılmış, uşaqları ilə birlikdə anasının evində yaşayır. O, bir ana kimi uşaqlarının gələcəyi üçün hər şey edir ki, onlar sağlam böyüsünlər. Lakin, cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Belə ki, o, usta işləyir. Ayda yaxşı qazansa da qazancını ailəsinə, uşaqlarına sərf etmir. Demək olar ki, ailəsi, uşaqları ilə heç maraqlanmır. Uşaqlar necə dolanır, nə yeyir, nə geyinir, demək olar ki bunlarla heç maraqlanmır. İddiaçı isdəyir ki, bir ata kimi cavabdehdə uşaqlarının qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də isdəyir ki, hər ay cavadehdən sabit pul məbləğində bir uşaq üçün yaşayış minimumu həddində, yəni 246 (iki yüz qırx altı) manat, iki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat miqdarında aliment tutularaq ona verilsin. Hesab edirəm ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcədə qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh usta işləyir, uşaqlara aliment ödəməyə maddi imkanı var. 02 sentyabr 2024-cü il təvəllüdlü X1 üçün 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğində sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh 24 fevral 2018-ci il təvəllüdlü X7 iddiaçının əvvəlki ailə münasibətindən doğulmuş övladı olduğunu, onun həmin uşağa atalıq verdiyini qeyd etdi. İddiaçı ilə olan nikahının onun ikinci ailə həyatı, iddiaçının isə üçüncü ailə həyatı olduğunu qeyd etdi. Onun maddi imkanının yüksək olmadığını və alimentin aşağı həddlə tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərədflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA******* saylı surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ seriyalı, 581472 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2023-cü il tarixli, tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1064 nömrə ilə qeyd edilmişdir. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 852114 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X12 xx.xx.2018-ci il tarixdə, Goranboy rayonu, Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X3r; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 999119 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.2024-cü il tarixdə, Goranboy rayonu, Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Veyisli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 5- 45-10/2-363/2025 nömrəli Arayışından görünür ki, Nağıyeva X5 rayonun Veyisli kəndində yaşayır və qeydiyyatdadır. Ailə tərkibi: oğlu – X10 - 2018-ci il, oğlu – X8 - 2024-cü il. “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/MT/-032/2024-00577 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 454316 saylı, 12 may 2023-cü il tarixli Azərbaycan Respublikası Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh vətəndaş X2 doğulmuş X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2023-cü ilin may ayının 12 günündə 67 № ilə qeyd edilmişdir. 25 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 60 manat mediasiya üçün dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə ailə münasibətindən xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşaqları olmaşdur. İddiaçının öncəki ailə munasibətindən doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X9 isə Cavabdeh atalıq vermişdir. Hazırda tərəflər ayrılmışlar, birgə ailə münasibətləri tamamil ilə kəsilmişdir. İddiaçı uşaqlarının atasının onların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək uşağın yetkinlik yaşına çatanadək saxlanması hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment və 02 sentyabr 2024-cü il təvəllüdlü X1 üçün 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğində sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməklə tutulmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli və Cavabdeh dövlət büdcəsinə 65.6 manat (380 manat x 12 ay = 4560 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 24 fevral 2018-ci il təvəllüdlü X12 və 02 sentyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 sabit pul məbləğində aliment tutulmalıdır. Qanunun qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən mediasiya xərcinə görə iddiaçının xeyrinə 60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən, MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 24 fevral 2018-ci il təvəllüdlü X12 və 02 sentyabr 2024-cü il təvəllüd X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 65,6 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-2211/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2211/2025
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver