Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-273/2025 04.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, Goranboy rayonu Qarasüleymanlı kəndində tikdirdiyi yaşayış evinə köçürülməsinə, dövlət rüsumuna ödənmiş 100 manat pulun və hüquqi xidmət haqqına ödənmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə rəy verilməsi üçün mülki işdə olan zəruri sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə ekspertiza aparılmasından imtina barədə məlumat verilmiş, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mübahisəli ərazidə hər iki tərəf iştirak etmədiyindən və iddiaçı vəfat etdiyindən iş üzrə icraatın dayandırılması üçün əsaslar aradan qalxmışdır Məhkəmə iclasında iştirak Cavabdeh məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Goranboy rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 512695 nömrəli arayışdan görünür ki, İddiaçı 06 avqust 2025-ci il tarixdə Goranboy rayonun Qarasüleymanlı kəndində ölmüşdür. Ölümün səbəbi: travmatik ikincili və ya residivləşən qanaxma. Məhkəmə, cavabdehin izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda hüquq varisliyi mübahisələndirilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-273/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-273/2025
04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver