Məhkəmə qərarları › İş №2(045)-304/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-304/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-304/2025 04.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2019-cu ildə anadan olmuş X2 və 20 noyabr 2024-cü ildə anadan olmuş X1 üçün əmək haqqının (başqa gəlirinin) hər ay 1/3 hissəsi və uşağı Xatun hələ 3 yaşı tamam olmadığına görə iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən uşağının 3 yaşı tamam olanadək uşağına baxdığına, qulluq etdiyinə görə heç yerdə işləyə bilmədiyindən, hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 30 iyun 2018-cı ildə ailə qurmuşdur. Bu barədə olan nikahı bir qədər gec, yəni 11 fevral 2019-cu il taridə Gəncə “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişdir. Birgə yaşadığı müddətdə iki uşağı olmuşdur. X5-17 may 2019-cu il təvəllüdlü və X6-20 noyabr 2024-cü il təvəllüdlü Cavabdehlə münasibətləri əvvəllər çox yaxşı olmuşdur. Həmişə bir-birilərini başa düşürdü, xoşbəxt yaşayırdı. Ailəsinin, uşaqlarının qayğısına qalırdı. Lakin, 2023-cü ilin iyun ayından cavabdeh tamam dəyişdi. Belə ki, heç elə bil əvvəlki adam deyildi. Ailəsi, uşaqları ilə maraqlanmırdı. Aldığı yüksək əmək haqqını haraya xərcləyirdisə evə, uşaqlarına baxmırdı. Sonra bilmişdir ki, başqa bir qadınla yaşayır. Bu səbəbdən də ailəsini, uşaqlarını unutmuşdur, pulunu ona xərcləyir. Avqust 2024-cü il tarixdən isə demək olar ki, evə gəlmir. Cavabdeh valideyinlik borcunu unudaraq uşaqlarının saxlanmasında ona heç bir köməklik etmir. Belə olan halda o da məcburdur ki, cavabdehdən uşaqlara və özü üçün aliment tələb etsin. Bu xərcləri ödəmək cavabdeh üçün elə də çətin olmaz. Çünki N saylı hərbi hissədə kiçik cavuş rütbəsində sanitartəlimatçı vəzifəsində işləyir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 316780 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2019-cu il tarixdə 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 329 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Heydarova” soyadı verilmişdir; Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 310063 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 may 2019-cu ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı 0510N nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 noyabr 2024-cü ildə Gəncə şəhəri, Nizami rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3686 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu kiçik çavuş X4 vergilər və digər tutulduqdan sonra aylıq əmək haqqısı 1469,94 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 17 may 2019-cu il təvəllüdlü X5 və 20 noyabr 2024-cü il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin uşaqların saxlanılmasında ona maddi yardım göstərmədiyini əsas gətirərək hər ay uşaqların saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 761.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 84.2.2-ci maddəsinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən olunduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, iddiaçının cavabdehdən əmək haqının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahlarından doğulmuş 17 may 2019-cu il təvəllüdlü X5 və 20 noyabr 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İddia tələbinin 20 noyabr 2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin olunmalı və tərəflərin birgə nikahından doğulmuş 20 noyabr 2024-cü il təvəllüdlü X6 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 84,80 manat (540 manat*12ay=6480 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş 17 may 2019-cu il təvəllüdlü X5 və 20 noyabr 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay qazancının 1/3 hissəsi məbləğində aliment və 20 noyabr 2024-cü il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 2N, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş 17 may 2019-cu il təvəllüdlü X5 və 20 noyabr 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay qazancının 1/3 hissəsi məbləğində aliment və 20 noyabr 2024-cü il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinin xeyrinə 84,80 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar