Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-31/2024 02.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı (Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı və Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı üçüncü şəxs kimi göstərilməklə) “uşağın onun yanında qalması” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Vəzirova X1 qarşı “uşağın cavabdehdən alınaraq ataya qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 fevral 2018-ci il təvəllüdlü X3 üstün mənafeləri nəzərə alınmaqla onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2018-ci il təvəllüdlü qızı X8 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X5 onun qızıdır. X13 01 avqust 2012-ci ildə Cavabdeh ilə nikahını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 18 fevral 2018-ci ildə Yağmur adlı uşağı doğulmuşdur. X13 11 yanvar 2023-cü ildə rəhmətə getmişdir. Qızı rəhmətə gedəndən sonra Yağmur adlı nəvəsi bir müddət onun yanında qaldı. Lakin sonradan cavabdeh gəlib onu götürüb aparmış, lakin bir müddət sonra yenə gətirib ona təhvil vermişdir. Hazırda nəvəsi Yağmur onun yanındadır. Onun nəvəsinə baxmaq, ona təhsil vermək, onun təlimtərbiyyəsi ilə məşğul olmaq, ona maddi cəhətdən baxmaq üçün bütün imkanları var. Belə ki, Yevlax şəhərinin Həzi Aslanov küçəsində yerləşən 5 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə hərbi qulluqçudur və daim işdə olur. Həmçinin, cavabdeh Ağdam rayonunda hərbi xidmət edir, müntəzəm olaraq təlim və toplanışlara cəlb olunur. Belə olan halda cavabdeh Yağmur adlı uşağa baxmağa, ona qulluq etməyə, onu daim diqqətdə saxlamağa, onun məktəbə aparmağa heç bir imkanı yoxdur. Bir daha bildirir ki, cavabdeh Yağmur adlı uşağa baxmaq iqtidarında deyildir. O dəfələrlə cavabdehdən nəvəsi Yağmurun onun yanınd qalmasını bildirsə də, cavabdeh buna razı olmur. Halbu ki, o cavabdehi övladından ayırmır. Sadəcə olaraq uşağa baxmaq, ona qayğı göstərmək, onun cəmiyyət içərisində layiqli vətəndaş kimi yetişdirilməsi üçün öz yanında saxlamaq istəyir. Cavabdehin isə hərbi qulluqçu olduğu üçün uşağa lazımi vaxt ayırması mümkün olmayacaq. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yəni Cavabdeh xx xxxxxx 1985-ci ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuşdur. O, 01 avqust 2012-ci ildə X6 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan 18 fevral 2018-ci il tarixdə X8 adında bir övladı anadan olmuşdur. 11 yanvar 2023-cü il tarixdə arvadı Rəqsanə Xəlilova ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Bundan sonra da qızı onunla birlikdə yaşamışdır. Hazırkı iş üzrə cavabdeh İddiaçı onun qaynanasıdır. 2023-cü ilin fevral ayının 18-də o könüllü şəkildə uşağı nənəsinə vermişdir ki, 2-3 gün onda qalsın. Çünki nənəsi hər gün uşağı görmək üçün ona müraciət edirdi. Lakin, o ferval ayının 21-də Yevlax şəhərinə gələrək uşağını götürüb aparmaq istəsə də, bu alınmadı. Belə ki, artıq qaynanası İddiaçı uşağı oğurlayaraq aparmışdır. Onun dəfələrlə tələb etməyinə baxmayaraq o, uşağı qaytarmaqdan imtina edir və nənə bildirir ki, hara istəyirsən şikayət et. Artıq İddiaçı onun zənglərimə də cavab vermir. Yaşadıqları evdə də yoxdurlar. Onda olan məlumata görə uşağı Bakı şəhərinə qaçırtmışdır. O, bununla bağlı AR DİN-nin «102» qaynar xəttinə zəng etmiş, həmçinin Yevlax Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Hazırda araşdırılma aparılır. Həmçinin o Yevlax Rayon Məhkəməsinə təmin tədbiri barədə ərizə versə və məhkəmə tərəfindən ərizənin təmin olunması barədə qərardad qəbul olunsa ( icra məmurları 1 ay ərzində qərardadı icra edə bilmədikləri üçün qərardad qüvvəsini itirmişdir (qərardadın icra olunmamasına səbəb isə cavabdehin uşağı gizlətməsi olmuşdur). O istəyir ki, uşağı həm rəsmi məhkəmə qərarı ilə onun himayəsinə verilsin, həm də faktiki olaraq onunla birlikdə yaşasın. Hesab edir ki, nə qədər ki, ata olaraq o sağdır onun qızı Yağmur nənəsi ilə yaşamamalıdır. O uşağın atasıdır. O, uşağın valideynidir. Uşağın anası vəfat etsə də, atası sağdır və o yaşayır. O dura-dura uşaq niyə nənəsində olmalıdır ki?! O, uşağını tələb edir. Yağmur onun övladıdır və onsuz yaşaya bilmər. Əlavə olaraq bildirir ki, o ərizə ilə Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edərək aidiyyatı mediatorun təyin edilməsini xahiş etmişdir. X7 müvafiq məktubu ilə tərəflər mediasiyaya dəvət edilmişlər. Lakin, cavabdeh gəlmədiyi üçün X7 03 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış -verilmişdir. Həmçinin o mediasiya zamanı 50 manat rüsumu da ödəmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxsarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, uşağın atası, yəni cavabdeh hərbçidir və daim işdə olur. Cavabdeh müntəzəm olaraq təlim və toplanışlara cəlb olunur. Belə olan halda cavabdeh övladı Yağmura baxmağa, ona qulluq etməyə, onu daim diqqətdə saxlamağa, onu məktəbə aparmağa heç bir imkanı olmur. Eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən psixoloji ekspertiza təyin edilmiş və verilmiş rəydə uşağın nənəyə daha çox bağlılığının olduğu qeyd edilmişdir. Rəyə və uşağın üstün mənafeyinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, uşağın nənəsi İddiaçı tərəfindən övladına psixoloji təsir göstərilir. O, dəfələrlə uşağını görmək, ünsiyyətdə olmaq, tərbiyəsində işitrak etmək istəsə də nənəsi buna imkan vermir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs kimi göstərilmiş Goranboy Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına və Yevlax Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərilmədən məhkəmə iclasına nümayəndələri gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon, Xoylu kənd icra nüamayəndliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 776287 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 01 avquat 2012-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Xəlilova” soyadı verilmişdir; Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 082251 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə Yevlax rayonunda doğulmuş, atası Cavabdeh, anası X4r; Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 337680 nömrəli ğlüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə “ağ ciyər ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,6 kv/m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1949 nömrəli reyestr kitabının 179857 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,20 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2018-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında qalması və himayəsinə verilmsi məqsədəmüvafiq hesab edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 11/725 nömrəli rəyindən görünür ki, 18 fevral 2018-ci il təvəllüdlü X3 hazırda nənəsi İddiaçı və atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı mübət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, nənəsi İddiaçı bağlılığı daha çoxdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ilkin iddia üzrə Cavabdeh ilə mərhum X5 01 avquat 2012-ci il tarixdə el adət-ənənələrinə uyğun olaraq ailə qurmuş, onların birgə nikahlarından bir övladı– 18 fevral 2018-ci il təvəllüdlü X8 doğulmuşdur. xx.xx.2023-ci il tarixdə uşağın anası X5 vəfat etdiyindən uşaq nənəsinin yanında qalmışdır. İlkin iddia üzə Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək bir ata kimi uşağının cəmiyyətə layiq bir övlad kimi böyüməsi üçün üzərinə düşən məsuliyyəti başa düşdüyü, onun səhhəti, təlim-tərbiyəsi və təhsili ilə özünün məşğul olmaq istədiyini, lakin ilkin iddia üzrə İddiaçı uşağı əlindən alaraq ona bir ata kimi valideynlik hüquqlarını yerinə yetirməyinə imkan vermədiyini, uşağı 18 fevral 2018-ci il təvəllüdlü X3 nənəsi İddiaçı alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda uşağın nənəsi İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, nəvəsinin atadan alınaraq onun himayəsinə verilməsini istəyir. Məhkəmə baxışı ərəfəsində Goranboy rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşağın atanın himayəsinə verilməsini məqsədəmüvafiq hesab etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyində uşağın nənəsi İddiaçı bağlılığının daha çox olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir; 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər; 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər; 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. Həmin maddəyə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə ilkin iddia üzrə cavabdehin bir ata olaraq uşağının böyüyüb boya-başa çatmasındakı rolunu, uşağın yaşını, azyaşlı olmasını, ata qayğısına daha çox ehtiyacının olmasını nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, uşağın atanın yanında saxlanmasının onun mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar olmamaqla bu vəziyyət uşağın üstün mənafeyinə uyğundur. Məhkəmə qeyd edir ki, uşağın atanın, yoxsa nənənin yanında qalması müəyyən edilməsi zamanı məhz uşağın mənafeyinə uyğun münasibətdə dəyərləndirilməlidir. Uşağın qayğısına nənəsinin və ya digər şəxslər və qohumlarının qalması, onun bütün maddi və məişət tələbatlarını ödəməsi o demək deyildir ki, nənə, baba və ya digər qohumlar atanı əvəz edir, atanın uşağı qarşısında vəzifələrini yerinə yetirməsinə bərabər tutulur. Məhkəmə azyaşlının yaşını, mənafeyini nəzərə alır və qeyd edir ki, bu vəziyyətdə onun daha çox ata qayğısına ehtiyacı vardır. Nənənin isə aşkar olan bir haldır ki, şəxsən azyaşlı uşağı saxlaması və bütün maddi-məişət təminatını və tələbatını qarşılamaq imkanı məhduddur, bəzi halda isə mümkünsüzdür. Atanın sağ olduğu vəziyyətdə və onunla normal şərtlər daxilində yaşamaq imkanın olduğu halda tərəflər arasında yaranmış münasibətə əsaslanmaqla uşağın atanın himayəsindən məhrum edilməsi uşağın üstün mənafeyinin pozulmasına şərait yaratmış olar ki, bu isə yolverilməzdir Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə münasibətdə qeyd edir ki, hər bir halda araşdırma elə aparılmalı idi ki, rəydə tərəflər arasında mövcud olan münasibətlər, rəylə gəlinmiş nəticənin uşağın mənafeyinə uyğun olması mübahisəsiz olaraq tam aydınlıqla əks edirilsin. Lakin rəy əsaslandırılmadığından, faktiki olaraq tərəflərin həqiqi münasibətlərini özündə əks etdirmədiyindən uşağın mənafeyinə uyğun rəy hesab edilərək uşağın hansı tərəfin yanında saxlanmasının əsası kimi qəbul olunması yolverilən hesab edilmir. İlkin iddia üzrə cavabdehin davranışı da onu təsdiq edir ki, o, ata kimi heç bir vaxt uşağından imtina etməmiş, əksinə hər bir vaxt uşağını tələb etmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Daha sonra məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, uşaq bir ildən artıqdır ki, nənənin yanındadır, hazırda onun təsiri altındadır, ona görə də, ataya bağlılığının azalmasına təbii baxılmalıdır. Məhkəmə hesab edir ki, uşağı atadan ayırmaq onun mənəvi və psixoloji durumuna pis təsir edəcək və gələcəkdə onun normal bir şəxsiyyət kimi formalaşmasına maneçilik törədəcəkdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıalı iddia təmin edilməli və 18 fevral 2018-ci il təvəllüdlü X8 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilməlidir. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat vəsait qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. 18 fevral 2018-ci il təvəllüdlü X8 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat vəsait qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-31/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-31/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver