Məhkəmə qərarları › İş №2(045)-311/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-311/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-311/2025 24.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın - Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin, həyətyanı tikili və qurğuların aralarında bölünməsi, İddiaçı və Cavabdeh ikidə bir hissədə payının müəyyən edilməsi, 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, 371 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı xx.xx.2011-ci il tarixdə Goranboy rayonu Xoylu kənd İcra nümayəndəliyində qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Goranboy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-1013/2108 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə Goranboy rayonu Xoylu kənd İcra nümayəndəliyində qeydə alınmış nikah pozulmuşdur. Goranboy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-1013/2108 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı himayəsinə verilmiş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə yaşadığı müddətdə xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Seriya RX ******* reyestr nömrəsi **********64-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışa əsasən 0,10 ha ölçüdə həyətyanı torpaq sahəsi, onun üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 165,8 kv. m. yaşayış sahəsi, 67,6 kv.m. yardımçı sahə 98.2 kv.m olan 5 otaqlı fərdi yaşayış evi, 209,5 kv.m. həyətyanı tikili və qurğular əldə etmişlər. Daşınmaz əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə onun cavbadehlə ailə münasibətləri tamamilə kəsilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə cəzadan azad edilmişdir. Buna görə də birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın - Goranboy rayonu Xoylu kənd yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin, həyətyanı tikili və qurğuların aralarında bölünməsi, İddiaçı və Cavabdeh ikidə bir hissədə payının müəyyən edilməsi, 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, 371 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın - Goranboy rayonu Xoylu kənd yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin, həyətyanı tikili və qurğuların aralarında bölünməsi, İddiaçı və Cavabdeh ikidə bir hissədə payının müəyyən edilməsi, 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, 371 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(045)-1013/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 iyun 2011-ci ildə Goranboy rayon Xoylu kənd İcra nümayəndəliyində 05 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 1(100)-77/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Goranboy rayonu Xoylu kəndində 0,10 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 165,8 kv m. olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)-1013/2018 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı himayəsinə verilmiş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 08 may 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqısı barədə ******* saylı müqavilədən görünür ki, X5 mülkiyyətində olan Goranboy rayonu Xoylu kəndində yerləşən 0,10 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün ümumilikdə 371 manat pul ödənilmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə niklahda olduqları müddətdə 08 may 2013-cü il tarixdə Goranboy rayonu Xoylu kəndində yerləşən 0,10 ha torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsində sahəsi 165,8 kv m.olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir. İddiaçı həyətyanı tikili və qurğuların olduğunu və birgə nikah dövründə əldə etdiyini iddia etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşin göstərilən halları iddiaçı tərəfin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.1-ci bəndində əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Belə ki, Goranboy rayonu Xoylu kəndində yerləşən torpaq sahəsində sahəsi və 165,8 kv m.olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən Seriya RX ******* saylı Çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 0,10 ha torpaq sahəsi və ümumi sahəsi 165,8 kv m.olan fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilməlidir. İddiaçı qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evində həyətyanı tikili və qurğuların olduğunu və birgə nikah dövründə əldə etdiyini iddia etsə də bununla bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia qismən təmin edilməli, Seriya RX ******* saylı Çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 0,10 ha torpaq sahəsi və ümumi sahəsi 165,8 kv m.olan fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, 371 manat hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iddia üzrə birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi qoyulduğundan tərələrin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü ilə bağlı iddia ərizəsində göstərilməyən xüsusatları müyyən etməyi məhkəmə zəruri hesab etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Seriya RX ******* saylı Çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 0,10 ha torpaq sahəsi və ümumi sahəsi 165,8 kv m.olan fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 51 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, 371 manat hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar