Məhkəmə qərarları › İş №2(045)-323/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-323/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-323/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 Hüsen oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün 440 (dörd yüz qırx) manat alimentin tutularaq azyaşlı uşaqları 06 avqust 2006-ci il təvəllüdlü X4 və 06 iyul 2008-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 may 2005-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurub evlənmişdir. Birgə yaşadığı müddətdə 06 avqust 2006-ci il təvəllüdlü X8 və 06 iyul 2008-ci il təvəllüdlü X6 adlı iki uşaqları olmuşdur. Cavabdehin təqsiri ucbatından onların ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də cavabdehdən ayrılmışdır. Bu barədə olan Goranboy rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(045)-1567/2021 saylı qətnaməsini məhkəməyə təqdim etmişdir. Cavabdeh ayrılarkən uşaqlarının ikisi də onunla qalmışdır və hazırda da birlikdə yaşayırlar. Uşaqları özlərini onun yanında çox xoşbəxt hiss edirlər. Onun özü Ərazilərin Minalardan Təmizləmə Agentliyində işləyir və ayda yaxşı əmək haqqı alır. Lakin istəyir ki, bir ana kimi cavabdeh də uşaqlarının qarşısında öhdəliyi olduğunu anlasın. Cavabdeh yeni ailə qurmuş və birgə nikahdan olan uşaqlarını tamam unutmuşdur. Ona görə də istəyir ki, hər ay cavadehdən sabit pul məbləğində hər uşaq üçün yaşayış minimumu həddində, yəni 220 (iki yüz iyirmi) manat, iki uşaq üçün 440 (dörd yüz qırx) manat aliment tutularaq uşaqlarına verilsin. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Cavabdehlə arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Ona görə də cavbdehdən hər ay sabit pul məbləğində iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat alimentin alınıb ona verilməsini istəyir. Lakin, cavabdeh könüllü aliment vermək istəmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulmuş və birgə nikahdan olan uşaqlar atanın, yəni iddiaçının himayəsinə verilmişdir. İddiaçı iddia ərizəsində iki uşaq üçün 440 (dörd yüz qırx) manat alimentin tutulmasını qeyd etsə də, hazırda cavabdehin maddi imkanını nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına razıdır və etiraz etmir. Odur ki, məhkəmədən qeyd edilənlərə uyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı ilə birgə nikahdan iki uşaqları doğulmuş və hər ikisi atanın yəni, iddiaçının himayəsinə verilmişdir. O, Goranboy şəhər 2 saylı orta məktəbdə müəllimə vəzifəsində işləyir və hər ay 259 manat məbləğində maaş alır. Bundan başqa da əlavə gəlir yeri yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi, yəni hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əsas qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 Hüsen oğlu cavabdehin izahatına oxşar məzmunlu izahat verərək əlavə etdi ki, cavabdehin maddi imkanı çox aşağıdır, onun hətta iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimenti belə ödəməyə maddi imkanı çatmayacaqdır. Ona görə də, məhkəmədən ailə qanunvericiliyin müvafiq normasına əsasən cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul etməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 190922 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 06 avqust 2006-cı ildə Goranboy rayonunun, Qızılhacılı qəsəbəsində doğulmuş, atası İddiaçı, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 126689 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 06 iyul 2008-ci ildə Gəncə şəhərində doğulmuş, atası İddiaçı, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 404114 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə X5 arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur; Goranboy rayon Məhkəməsinin 2(045)-1567/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2005-ci il tarixli 57 saylı nikah pozulmuş, 06 avqust 2006-ci il təvəllüdlü X8 və 06 iyul 2008-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında qalması qət edilmişdir; Gəcə-Daşkəsən regional təhsil idarəsi tərəfindən verilmiş 06 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 15 sentyabr 2005-ci ildən Goranboy şəhər 2 saylı tam orta məktəbdə müəllim vəzifəsində işləyir və onun 2022-2023-cü il üzrə aylıq əmək haqqı 259,46 manat təşkil edir; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 06 avqust 2006-ci il təvəllüdlü X4 və 06 iyul 2008-ci il təvəllüdlü X2 anasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tələb etsə də, iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına da razıdır. Cavabdeh isə alimentin sabit pul məbləğində tutulmasına etiraz edərək qazancının 1/3 hissəsi miqdarında aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat (200 manat*12ay=2400 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 06 avqust 2006-ci il təvəllüdlü X4 və 06 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment, həmçinin 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 06 avqust 2006-ci il təvəllüdlü X4 və 06 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar