Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-323/2025 22.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X16 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbini irəli sürərək, Cavabdeh ona məxsus ünvan 1-dan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Cavabdeh onun oğlu X3 həyat yoldaşı olmuşdur. Hal-hazırda boşanmışlar. Bildirir ki, cavabdeh 2004-cü ildən ona məxsus evə köçmüşdür. O cavabdehə mənzildə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Cavabdeh son zamanlara kimi ona məxsus mənzildə yaşamışdır. Lakin o cavabdehi mənzilə qeydiyyata salmamışdır. Cavabdeh oğlu ilə boşandıqdan sonra ona məxsus evdən çıxmamışdır. Bununla cavabdeh onun mülkiyyət hüququnu pozur. Cavabdeh ona məxsus ünvan 1-dan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 İddiaçı mülkiyyətidir. ünvan 1 xx.xx.2008-ci ildə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Cavabeh orada 2004-cü ildən yaşasa da iddiaçı cavabdehə notarial qaydada razılıq verməmişdir. Buna görə də cavabdehin orada X2 qərarına əsasən yaşamaq hüququ yoxdur. Cavabdeh ona məxsus ünvan 1-dan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında Cavabdeh nümayəndəsi və vəkili X14 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh 2004-cü ildə ünvan 1-a köçmüşdür. İddiaçı onun ailə üzvü kimi qəbul etmişdir. Həımin vaxt cavabdeh notarial qaydada razılıq ala bilməmişdir. Çünki iddiaçının evə mülkiyyət hüququ 2008-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh artıq 31 ildir orada yaşayır, uşaqları orada doğulmuş və böyümüşdür. Cavabdeh oraya yaşayış hüququ qazanmışdır və yalnız kompensasiya verilməklə evdən çıxarıla bilər. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Naftalan şəhər 02 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənova X5 şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60 ünvanında yaşayır və ailə tərkibi aşağıdakı kimidir: Oğlu – X7, nəvəsi - X15, nəvəsi – X12, nəvəsi – X4. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Həsənova X5 şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1616/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında 13 dekabr 1995-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 57 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş doğum haqqında şəhadətmələrin surətindən görünür ki, X8 xx.xx.1995-ci ildə, X12 xx.xx.1998-ci il, X15 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Naftalan şəhər 02 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, X8, X12, X1 şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh məlumatlarından görünür ki, Həsənova X10 rayonu, Tapqaraqoyunlu kındində qeydiyyatdadır. Məhkəmə tərəflərin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, İddiaçı Cavabdeh qaynanası olmaqla, iddiaçının oğlu X7 ilə Cavabdeh 1995-ci ildə ailə qurmuş və Cavabdeh ailə qurduqdan sonra, iddiaçının qəbul etdiyi vaxt, yəni 2004-cü ildə ünvan 1 ünvanına köçmüşdür. İddiaçı cavabdehi ailə üzvü kimi qəbul etmiş, cavabdeh halhazıradək ünvan 1 ünvanında uşaqları ilə birgə yaşayır. Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 3, 60 saylı mənzil xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. İşin göstərilən halları iddiaçının izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2004-cü ildə, yəni 2009-cu ilin oktyabrın 01-dək yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, bu münasibətlərə 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrufat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsində birinci və üçüncü hissələrində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valıdeynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdirlər. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 91-ci maddəsinin ikinci hissəsində və 92-ci maddəsində göstərilir ki, evin sökülməsinin başqa hallarında həmin evdən çıxarılan vətəndaşlara digər abad yaşayış sahəsi sökülməli evin məxsus olduğu dövlət, kooperativ təşkilatı və ya başqa ictimai təşkilat tərəfindən, həmin təşkilatın digər yaşayış sahəsi verməsi mümkün olmadıqda isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir.Evin (yaşayış sahəsinin) uçmaq qorxusu olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara yerli xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə yerli xalq deputatları Sovetinin evində və ya müvafiq dövlət, kooperativ təşkilatının yaxud başqa ictimai təşkilatın evində digər abad yaşayış sahəsi verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarından təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Qanunvericiliyin sadalanan normalarından və işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh 2004-cü ildə ünvan 1 ünvanına gəlin köçmüşdür. İddiaçı Həsənova X5 şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60 ünvanına köçməklə, ailə üzvü kimi qəbul edildiyindən, ailə üzvü kimi həmin ünvanda qəbul edildiyindən və daimi orada yaşadığından o həmin evdən istifadə hüququna malik olmuşdur. Cavabdeh Həsənova X11 şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60 ünvanına ailə üzvü kimi köçürülməklə, uzun müddət orada yaşamaqla həmin yaşayış sahəsindən, o cümlədən bu yaşayış sahəsinin əvəzinə verilən yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. İddiaçı ünvan 1-a mülkiyyət hüququ xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Bu səbəbdən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığından bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında cavabdehə kompensasiya verməsi təklif edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsassız olduğundan İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-323/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-323/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver