Məhkəmə qərarları › İş №2(045)-341/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-341/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-341/2024 28.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 oglu ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o məcburi köçkündür. Cavabdehlərdən Cavabdeh1 oglu onun əri, Cavabdeh2 oglu onun qaynatası, Cavabdeh3 onun qaynanasıdır. O Cavabdeh1 oglu ilə xx.xx.2014-cü ildə nikaha daxil olmaqla ailə qurmuş və nikahı Goranboy rayon Qeydiyyat Şöbəsində 297 nömrə ilə qeyd etdirmişdir. O cavabdehin valideynləri ilə birgə yaşadığı Goranboy rayonu, Yeni Yol kəndində olan evinə gəlin köçərək orada yaşamağa başlamışdır. Həmin evdə onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı olmuşdur. Əvvəlki dövrlərdə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pisləşmiş və 06 noyabr 2021-ci il tarixdən cavabdehlərin zorakı təzyiqi nəticəsində və məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə yaşadı evdən çıxmağa məcbur olmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 oglu və anası Cavabdeh3 onu uşaqları ilə birlikdə yaşadığı evdən çıxartmışdır. Cavabdehlər tərəfindən zorla çıxarıldığı evi tərk etdikdən sonra cavabdehlər həmin evə qayıtmağa və yaşamağına imkan vermirlər. Bu isə onun uşaqları ilə birgə yaşayış yerindən məhrum edildiyini göstərir. Həmin vaxtdan indiyədək uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Hazırda yaşadığı evdə anası, qardaşı və bacısı olmaqla dörd nəfər bir yerdə yaşayır və valideynlərinin yanında qalıb yaşamaq onun üçün çox çətindir. Üstəlik, Tərtər rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(061)-191/2022 №-li qətnaməsi ilə hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində qət edilmiş alimenti və Tərtər rayon məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(061)- 1214/2023 №-li qətnaməsi ilə hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində qət edilmiş alimenti Cavabdeh1 ödəmir. Ona görə də pozulmuş hüquqlarının bərpası məqsədilə cavabdehlə razılığa gəlmək üçün Mediasiya Şurasına müraciət etməli olmuşdur. X4 mübahisələrinə dair razılıq əldə edilməmişdir. Ona görə də cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur və hesab edir ki, məhkəmə işin faktiki hallarını və müvafiq qanunvericiliyi əsas tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Belə ki, cavabdehlə arasında yaranan mübahisəli yaşayış evinə dair münasibətlər xx.xx.2014-cü ildən yaransa da bu mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələri ilə tənzimlənməlidir. Çünki, mübahisə olunan evin mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd olmadığından, yəni ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin evin faktiki sahibləri olan o və cavabdeh istəsə idi belə, həmin evdən istifadə ilə bağlı hər hansı razılaşma, həmçinin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiq olunmalı olan yazılı razılaşma bağlaya bilməzdi, belə ki, onun həmin evə mülkiyyət hüquqları (o cümlədən sərəncam vermək hüquqları) olmamışdır. Lakin buna baxmayaraq onlar şifahi razılıq əsasında uzun müddət həmin evdə birlikdə yaşamışdır. Belə olan vəziyyətdə istər onun, istərsə də cavabdehin və onların azyaşlı uşaqlarının həmin evdən istifadə üzrə hüquqları eynidir, həmçinin cavabdehin onun və azyaşlı uşaqlarını həmin evdən çıxarmaq səlahiyyəti yoxdur, belə ki, onun həmin evə mülkiyyət hüququ olmadığından, sərəncam vermək hüququ da yoxdur. Hesab edir ki, onun uşaqları ilə birlikdə normal yaşamağı təmin edilməsi və cavabdehlərin ona və uşağına qarşı qanunsuz və əsassız hədələrinə son qoyulması üçün onun Cavabdeh1 oglu ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmalıdır. Buna görə də Cavabdeh1 oglu ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 mübahisəli evdə yaşadığını, oradan sadəcə istifadə hüququ olduğunu, evin atasının olduğunu, iddianı qəbul etmədiyini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 gəlini olmuş iddiaçı ilə yaşamaq istəmədyini, iddiaçıya onun evində yaşamağa icazə vermədiyini, iddianı qəbul etmədiyini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 əri ilə ailə qurduqdan sonra mübahisəli evdə yaşadığını, iddianı qəbul etmədiyini iddianın rədd edilməsini xahiş etmişdir. İş materillarında olan Kəlbəcər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)- 42/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 297 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı Dağılstan qızının yanında saxlanılmışdır. İş materillarında olan Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)- 191/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay hər uşağa görə 110 manat, cəımi 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı Dağılstan qızına verilməsi qət edilmişdir. İş materillarında olan AZ-İ 996757 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 21 noyabr 2014-cü il tarixdə 297 nömrə ilə qeyd edilmişdir. İş materillarında olan AZ-İİİ 648320 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 sentyabr 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materillarında olan AZ-İV 095063 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçı Dağılstan qızıdır. İş materillarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan ölçüsündən görünür ki, Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsi Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmişdir. İş materillarında olan ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi bvarədə Goranboy 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2014-cü ildə Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmiş Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda həmin fərdi yaşayış evi Cavabdeh2 sahibliyindədir və mülkiyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh2 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, hazırda da onun orada yaşamasına razı deyildir. Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş evin Cavabdeh2 sahibliyində olması, tətəflər arasında hüquq münasibətlərinin 2014-cü ildən yaranması, Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmiş Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin yerləşməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, , iddiaçı 2014-cü ildə qaynatası Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçdüyündən, qeyd edilən fakt işin mübahisəsiz halı olduğundan hazırkı münasibətlərə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, İddiaçı qaynatası Cavabdeh2 ailə üzvü olmamış, İddiaçı mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxs kimi mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh2 Goranboy rayonu Yeni Yol kəndində yerləşən evinə istifadə hüququ yaranmadığından iddia həmin hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 mübahisəli evə dair mülkiyyət hüququ olmadığından iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçərəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar