Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-394/2023 16.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X8 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə icvlasında iddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci il tarixdə faktiki ailə qurmuşdur. xx.xx.2018-ci il tarixdə Üzeyir adlı uşaqları anadan olmuşdur. Nikahları rəsmiləşdirilməədiyindən cavabdehin atalığı müəyyən edilmişdir. Ailə münasibətləri xasiyyətləri uyğun gəlmədiyi üçün pozulmuşdur. Onlar hazırda ayrı yaşayırlar və uşaq onunla yaşayır. Cavabdeh Türkiyədə işləyoir və kifayət qədər gəli əldə edir. O, təkbaşına iki uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə könüllü uşağı saxlamaqda ona maddi dəstək olmur. Ona görə də, məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İV 523934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 404264 saylı şəhadətnamədən görünür ki, Cavabdeh X5 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy şəhər İHBnın Veyisli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Veysili kəndində yaşayır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı X8 ilə Cavabdeh fakitiki ailə qurmuş, xx.xx.2018-ci il tarixdə Üzeyir adlı uşaqları doğulmuşdur. Tərəflər ayrılmışlar, xx.xx.2018-ci il təvəllüdlü X9 anası ilə, iş üzrə iddiaçı X8 ilə yaşayır. İşdə göstərilən halları iddiaçının izahatı, iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən ər- arvad bir-birini maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad arsında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın)ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını müvafıq olaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment, hər ay sabit pul məbləğində alınıb iddiaçı X6 ödənilməlidir. Alimentin miqdarı uşaqları saxlamağın hər iki valideynin üzərinə düşməsi vəzifəsi, ölkə üzrə uşaqlar üçün qanuvericiliklə nəzərdə tutulmuş minimum yaşayış həddi, eləcə də uşaqlara qulluq etməsi və bu səbəbdən ananın işləməsi və gəlir əldə etməsi imkanının ataya nisbətən məhdud olması nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 25 yanvar 2023-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən, alimentin alınması iddiası üzrə müəyyən olunmuş dövlət rüsumu 40,4 manat alınıb dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il taerixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 ödənilsin. Alimentin tutulması 25 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 40,4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-394/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-394/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver