Məhkəmə qərarları › İş №2(045)-492/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-492/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-492/2023 28.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 220 (iki yüz iyirmi) manat alimentin tutularaq azyaşlı uşaqları 18 yanvar 2022-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 yanvar 2021ci ildə ailə qurmuş və bu barədə olan nikah xx.xx.2021-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd edilmişdir. Birgə yaşadıqları müddətdə 18 yanvar 2022-ci il təvəllüdlü Bəhmanov Rafiq adlı bir uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, cavabdehlə münasibətləri elə ilk gündən pis olmuşdur. Cavabdeh spirtli içki qəbul edir və bu səbəbdən də evə gec gəlirdi, səbəbini soruşduqda isə əsassız əsəbləşir, onu ağır sözlər ilə təhqir edib, hətta döyürdü. Cavabdehin onu döyüb-söyməsi azmış kimi azyaşlı uşaqlarınıda döyür. Bu hal dəfələrlə təkrarlandığı üçün uşağınıda götürüb atası evinə getmişdir. O bir ana kimi uşağının gələcəyi üçün, onun sağlam böyüməsi üçün hər şey edir. Lakin, cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Belə ki, o maşın ustası işləyir. Ayda yaxşı qazansa da qazancını ailəsinə uşağına sərf etmir. Demək olar ki, ailəsi, uşağı ilə heç maraqlanmır. Uşaq nece dolanır, nə yeyir, nə geyinir, bunlar onun heç vecinə də deyil. İstəyir ki, bir ata kimi cavabdehdə uşaq qarşısında öhtəliyi olduğunu anlasın. Ona görə də istəyir ki, hər ay cavabdehdən sabit pul məbləğində uşaqları üçün yaşayış minimumu həddində, yəni 220 (iki yüz iyirmi) manat, aliment tutularaq ona verilsin. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, elecə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Cavabdehlə aralarında yetkinlik yaşına çatmayan uşaqlarına görə aliment ödənilməsi barədə saziş yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 bildirdi ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan Rafiq adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı və uşaq Cavabdeh ayrı yaşayır və sonuncu uşağının saxlanılması üçün onlara heç bir köməklik etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçı ilə onun heç bir mübahisəsi olmayıb, sadəcə iddiaçı anası ilə yola gedə bilmədiyi üçün evdən çıxıb getmişdir. Onun günlük qazancı 15-20 manat olduğu üçün ayda 220 manat aliment ödəməyə maddi imkanı çatmayacaq, ayda ancaq 100 manat miqdarında aliment ödəməyə imkanı çatır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 416801 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmış və bu barərə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Bəhmanova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 695 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 18 yanvar 2022-ci ildə Gəncə şəhəri Nizami rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 18 yanvar 2022-ci il təvəllüdlü X3 atasıdır. İddiaçı uşaqğın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdeh 100 (bir yüz) manat miqdarında aliment ödəməyə maddi imkanının çatdığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh qızından dövlət büdcəsinə 40,40 (qırx manat qırx qəpik) manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment, həmçinin cavabdehdən dövlət nəfinə 40,40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 40,40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar