Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-524/2025 17.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 7140 (yeddi min yüz qırx) manat dəyərində qızıl-zinyət əşyalarının özlərini və yaxud onların dəyərlərinin və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə ailə quraraq, nikahlarını xx.xx.2021-ci il tarixdə X3 nikahlarını qeyd etmişlər. Bu nikahdan onların 04 iyul 2020-ci il təvəllüdlü X7 və 02 avqust 2022-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Cavabdeh təsqiri ucbatından ailə münasibətləri pozulmuşdur. 13 iyul 2024-cü il tarixdə aralarında baş verən mübahisədən sonra cavabdehdən ayrılaraq uşaqları ilə birlikdə atası evinə gələrək orda yaşayırlar. Ona məxsus qızıl-zinət əşyaları cavabdeh qalmışdır. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir. 1 ədəd Rusiya istehsalı qızıldan hazırlanmış gül brilyant (1 karat) nişan üzüyü, 4,15 qram, 583 əyyarlı -650 (altı yüz əlli) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı (reket), 23 qram, 583 əyyarlı 2070 (iki min yetmiş) manat, 1 dəst Rusiya istehsalı, qızıldan hazırlanmış qolbağ, 11 qram, 585 əyyarlı -990(doqquz yüz doxsan) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük-sırğa dəsti, brilyant qaşlı, 13 qram, 583 əyyarlı-1300 (min üç yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış klon brilyant qaşlı, 8 qram, 583 əyyarlı 800 (səkkiz yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı, 7 qram, 583 əyyarlı, boyunbağı (660 altı yüz altmış) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı, 290 (iki yüz doxsan) manat, 2 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı – 380 (üç yüz səksən) manat olmaqla, cəmi: 7140 manat. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəməyə müraciət etmək üçün xərclər çəkmişdir. "xxxx" MMC Million elektron ödəmə sistemi vasitəsilə 54145 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə o mediasiya təşkilatına 50 manat və 10 manat rüsum ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlə o hazırkı iddia tələbi ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Onlar ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya prosedurundan keçmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT/032/2***-******* №-li arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddiaçının izahatına oxşar məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Goranboy rayonun Çalabertli kəndində anadan olmuşdur.Goranboy rayonun Veyisli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Goranboy rayonun Balakürd kəndində anadan olmuşdur.Goranboy rayonun Balakürd kəndində qeydiyyatdadır. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 746666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə Goraboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 450982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə Goraboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 12 may 2021-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 133 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Mehrəliyeva” soyadı verilmişdir; Azərbaycan Respublikası Goranboy RİHB-nın Veyisli Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 5-45-10/2-09/2025 saylı arayışdan görünür ki, Goranboy rayon Balakürd kənd sakini İddiaçı 2019-cu ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək Goranboy rayonunun Veyisli kəndində yaşamışdır. Hal-hazırda ərazidə yaşamır. Goranboy rayon RPŞ-nin TB-nın baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 03 avqust 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh İddiaçı ilə barışdığı ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək, cinayət təqibinin başlanılması rədd edilmişdir. “Gəncə univermaq” qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 1 ədəd Rusiya istehsalı qızıldan hazırlanmış gül brilyant (1 karat) nişan üzüyü, 4,15 qram, 583 əyyarlı - 650 (altı yüz əlli) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı (reket), 23 qram, 583 əyyarlı 2070 (iki min yetmiş) manat, 1 dəst Rusiya istehsalı, qızıldan hazırlanmış qolbağ, 11 qram, 585 əyyarlı -990 (doqquz yüz doxsan) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük-sırğa dəsti, brilyant qaşlı, 13 qram, 583 əyyarlı-1300 (min üç yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış klon brilyant qaşlı, 8 qram, 583 əyyarlı 800 (səkkiz yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı, 7 qram, 583 əyyarlı, boyunbağı 660 (altı yüz altmış) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı, 290 (iki yüz doxsan) manat, 2 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı – 380 (üç yüz səksən) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 2,5 qram, 583 əyyarlı – 240 (iki yüz qırx) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış qolbağı, 3 qram, 583 əyyarlı – 300 (üç yüz) manat, 1 ədəd Rusiya istehsalı qızından hazırlanmış üzük, 2 qram, 583 əyyarlı – 200 (iki yüz) manat təşkil edir; Fotoşəkillərdən görünür ki, İddiaçı üzərində tələb etdiyi qızıl-zinət əşyaları mövcud olmuşdur; "xxxx" MMC Million elektron ödəmə sisteminin xx.xx.2025-ci il tarixli qəbzlərindən görünür ki, iddiaçı mediasiya təşkilatına 50 manat məbləğində rüsum ödəmişdir; "xxxx" MMC Million elektron ödəmə sisteminin xx.xx.2025-ci il tarixli qəbzlərindən görünür ki, iddiaçı mediasiya təşkilatına 10 manat məbləğində rüsum ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddaçı hazırkı iddia tələbi ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy rayonu Veyisli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman iddiaçıya iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. İddiaçı Cavabdeh ilə yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavadehdə qalmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Məhkəmə qeyd edir ki, Goranboy rayon RPŞ-nin TB-nın baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən 03 avqust 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən 13 iyul 2024-cü il tarixdə İddiaçı həyat yoldaşı, Cavabdeh tərəfindən yaşadıqları Goranboy rayonun Veyisli kəndində fərdi yaşayış evində onu vurub döyməsi barədə Goranboy RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə olan halda iddiaçının tələb olunan 8 adda qızıl-zinət əşyalarını özü ilə aparmasını məhkəmə inandırıcı hesab etmir, hətta bu halı cavabdeh özü də təsdiq etmir. Odur ki, iddiaçı tələbində haqlıdır və sözügedən qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli və ödənilmiş tələbə mütənasib olaraq cavabdehdən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 55,10 manat hissəsinin əvəzi iddiaçının xeyrinə tutulmalı və qalan hissə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin mübahisəsiz hallarını nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1 ədəd Rusiya istehsalı qızıldan hazırlanmış gül brilyant (1 karat) nişan üzüyü, 4,15 qram, 583 əyyarlı -650 (altı yüz əlli) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı (reket), 23 qram, 583 əyyarlı 2070 (iki min yetmiş) manat, 1 dəst Rusiya istehsalı, qızıldan hazırlanmış qolbağ, 11 qram, 585 əyyarlı -990(doqquz yüz doxsan) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük-sırğa dəsti, brilyant qaşlı, 13 qram, 583 əyyarlı-1300 (min üç yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış klon brilyant qaşlı, 8 qram, 583 əyyarlı 800 (səkkiz yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı, 7 qram, 583 əyyarlı, boyunbağı (660 altı yüz altmış) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı, 290 (iki yüz doxsan) manat, 2 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı – 380 (üç yüz səksən) manat, olmadıqda isə, onların ümumi dəyəri 7140 manat məbləğində pul və ödənilmiş 55,10 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd Rusiya istehsalı qızıldan hazırlanmış gül brilyant (1 karat) nişan üzüyü, 4,15 qram, 583 əyyarlı -650 (altı yüz əlli) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı (reket), 23 qram, 583 əyyarlı 2070 (iki min yetmiş) manat, 1 dəst Rusiya istehsalı, qızıldan hazırlanmış qolbağ, 11 qram, 585 əyyarlı -990(doqquz yüz doxsan) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük-sırğa dəsti, brilyant qaşlı, 13 qram, 583 əyyarlı-1300 (min üç yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış klon brilyant qaşlı, 8 qram, 583 əyyarlı 800 (səkkiz yüz) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış boyunbağı, 7 qram, 583 əyyarlı, boyunbağı (660 altı yüz altmış) manat, 1 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı, 290 (iki yüz doxsan) manat, 2 ədəd Rusiya istehsalı, qızıldan hazırlanmış üzük, 4 qram, 583 əyyarlı – 380 (üç yüz səksən) manat, olmadıqda isə onların ümumi dəyəri 7140 (yeddi min yüz qırx) manat məbləğində pul, ödənilmiş 55,10 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-524/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-524/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver