Məhkəmə qərarları › İş №2(045)-532/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-532/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-532/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X17 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X9 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X11, Cavabdeh qarşı qızıl-zinət əşyası tələbinə dair ilkin iddia ərizəsinə və Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X9 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı qızıl və pul tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X11, Cavabdeh qarşı qızıl-zinət əşyası tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 və Cavabdeh ona məxsus olan 16 qram 585 əyarlı 1360 manat olan qızıl-zinət əşyasının və ya onun dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X14 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı qızıl və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçı X11 məxsus bir ədəd qızıl nişan üzüyü, 3.228, 22 (üç min iki yüz iyirimi səkkiz manat iyirmi iki qəpik) məbləğində birgə nikah dövründə əldə olunmuş ümumi vəsaitinin yarısı, yəni 1.614,11 (bir min altı yüz on dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin və bir ədəd Samsung M12 markalı telefona ödənilmiş 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində pul, ümumillikdə isə bir ədəd qızıl üzük, 1.904,11 (bir min doqquz yüz dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin X3 alınaraq X11 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, X14 ilə 19 noyabr 2021-ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzində nikahı rəsimləşdirməklə ailə qurmuşlar. 2022-ci ilin dekabr ayında cavabdeh Murad Məhərrəmov onu tərk edib xarici ölkəyə getmişdir. Həmin vaxtdan da ayrı yaşayırlar. Cavabdeh ona məxsus qızıl zinət əşiyasını Viator Mikrokredit təşkilatına girov qoyaraq özünün məqsədi üçün pul götürüb xərcləmişdir. Həmin qızıl zinət əşiyasının bir neçə aylıq ödənişini o etmişdir. Kredit borcu ödənilib qurtardıqdan sonra cavabdehin anası Cavabdeh etibarnamə əsasında qızıl-zinət əşyasını götürüb özündə saxlamışdır. Dəfələrlə əşiyanın ona qaytarılmasını tələb etsə də cavabdehlər bundan imtina etmişdir. Göygöl Rayon Məhkəməsində nikahın pozulması ilə bağlı məhkəmə prosesində iştirak edən Murad Məhərrəmovun vəkili Vüqar Əliyev ona məxsus qızıl-zinət əşiyasını özü ilə məhkəməyə gətirərək ona təhvil vermək istəmişdir. O isə həmin qızılın saxta olmasından qorxaraq zərgər tərəfindən yoxlandıqdan sonra təhvil alacağını bildirmişdir. Bununla razılaşmayan vəkil qızılı-zinət əşyasını ona verməkdən imtina etmişdir. Əvəzində bildirmişdir ki, əşya tələbi ilə məhkəməyə müraciət etsin. Buna görə də X8 və Cavabdeh ona məxsus olan 16 qram 585 əyarlı 1360 manat olan qızıl-zinət əşyasının və ya onun dəyərinin alınıb ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X14 qarşlıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər birgə yaşadığı dövrdə Murad Məhərrəmova aid bir ədəd qızıl üzüyü, Mərmər Məhərrəmovaya aid bir ədəd nişan üzüyünü və bir ədəd sırğanı lombarda girov qoyaraq təxmini 800 (səkkiz yüz) manat məbləğində kredit götürərək birgə Polşa Respublikasına getmişlər və bir müddət orada birgə yaşamışlar. Murad Məhərrəmov krediti bağladıqdan sonra həmin qızılları lombarddan Mərmər Məhərrəmova girovdan götürmüşdür və Murad Məhərrəmova aid qızıl üzük hələ də Mərmər Məhərrəmovadadır. Birgə yaşadıqları dövrdə Murad Məhərrəmov dəfələrlə Mərmər Məhərrəmova isə bir dəfə Mərmər Məhərrəmovanın qardaşı X12 adına pullar göndərmişlər ki, onlar həmin pulları saxlasınlar (ümumi vasait kimi). Mərmər Məhərrəmova 1200 (bir min iki yüz) manat, Murad Məhərrəmov isə 1.062.67 (bir min altmış iki manat altmış yeddi qəpik); 203.93 (iki yüz üç manat doxsan üç qəpik); 121.45 (bir yüz iyirmi bir manat qırx beş qəpik); 264.58 (iki yüz altmış dörd manat əlli səkkiz qəpik); 36.07 (otuz altı manat yeddi qəpik); 312.52 (üç yüz on iki manat əlli iki qəpik) pul göndərmişdirlər ki, onların ümumi vəsaiti kimi yığılsın. Bunlardan başqa Mərmər Məhərrəmovanın qardaşı öz nişanlısına hədiyyə etmək üçün Murad Məhərrəmovdan telefon istəmişdir, o da Polşadan Samsung M12 markalı 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində telefon alıb göndərmişdir. Telefonun pulunu Mərmər Məhərrəmovanın qardaşından dəfələrlə göndərməsini tələb etsə də, o hələ bu günə kimi pulu ödəməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərə də əsasən X11 məxsus bir ədəd qızıl nişan üzüyü, 3.228, 22 (üç min iki yüz iyirimi səkkiz manat iyirmi iki qəpik) məbləğində birgə nikah dövründə əldə olunmuş ümumi vəsaitinin yarısı, yəni 1.614,11 (bir min altı yüz on dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin və bir ədəd Samsung M12 markalı telefona ödənilmiş 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində pul, ümumillikdə isə bir ədəd qızıl üzük, 1.904, 11 (bir min doqquz yüz dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin X3 alınaraq Murad Məhərrəmova verilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X10 ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, çəkisi 16 qram olan 585 əyarlı - qiyməti 1360 manat olan boyunbağı, qolbağlı, sırğa, üzük və klon 1 dəst ona hədiyyə kimi alınmışdır. Lakin həmin qızıl-zinət əşyası hazırda ilkin iddia üzrə cavabdehlərdədir. Ona verməkdən imtina edirlər. Buna görə də ilkin iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçının göstərdiyi üzük ondadır. Lakin üzüyü o ödəniş edib lombarddan götürmüşdür. Buna görə də onun pulunu qaytardıqdan sonra üzüyü verməyə razıdır. Qarşılıqlı iddiada göstərilən pul məbləğlərini və telefonla bağlı tələbi qəbul etmir. Pulu birgə işləyib qazanmışlar, sadəcə qardaşının kartına köçürülsə də pulu qarşılqlı iddiaçı tərəf götürmüşdür. Ona həmin vəsatdən pul çatmamışdır. Yəni ona pul və yaxud telefon verilməmişdir. Qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X9 vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ilkin iddia tələbində göstərilən çəkisi 16 qram olan 585 əyarlı - qiyməti 1360 manat olan boyunbağı, qol bağlı, sırğa, üzük və klon 1 dəst ilkin iddia üzrə cavabdehlərdədir və həmin qızıl-zinət əşyasını qaytarmağa razıdırlar. Birgə yaşadıqlan dövrdə Murad Məhərrəmov dəfələrlə Mərmər Məhərrəmova isə bir dəfə Mərmər Məhərrəmovanın qardaşı X12 adına pullar göndərmişlər ki, onlar həmin pullan saxlasınlar (ümumi vasait kimi). Mərmər Məhərrəmova 1200 (bir min iki yüz) manat, Murad Məhərrəmov isə 1.062.67 (bir min altmış iki manat altmış yeddi qəpik); 203.93 (iki yüz üç manat doxsan üç qəpik); 121.45 (bir yüz iyirmi bir manat qırx beş qəpik); 264.58 (iki yüz altmış dörd manat əlli səkkiz qəpik); 36.07 (otuz altı manat yeddi qəpik); 312.52 (üç yüz on iki manat əlli iki qəpik) pul göndərmişdirlər ki, onların ümumi vəsaiti kimi yığılsın. Bunlardan başqa Mərmər Məhərrəmovanın qardaşı öz nişanlısına hədiyyə etmək üçün telefon istəmişdir Murad Məhərrəmovdan, o da Polşadan Samsung M12 markalı 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində telefon alıb göndərmişdir. Telefonun pulunu Mərmər Məhərrəmovanın qardaşından dəfələrlə göndərməsini tələb etsə də, o hələ bu günə kimi pulu ödəməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərə də əsasən X11 məxsus bir ədəd qızıl nişan üzüyü, 3.228, 22 (üç min iki yüz iyirimi səkkiz manat iyirmi iki qəpik) məbləğində birgə nikah dövründə əldə olunmuş ümumi vəsaitinin yarısı, yəni 1.614,11 (bir min altı yüz on dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin və bir ədəd Samsung M12 markalı telefona ödənilmiş 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində pul, ümumillikdə isə bir ədəd qızıl üzük, 1.904, 11 (bir min doqquz yüz dörd manat on bir qəpik) məbləğində pul vəsaitinin X3 alınaraq Murad Məhərrəmova verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan Goranboy 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə aryışından görünür ki, qızıl-zinət əşyası tələbi üzrə mediasiya xərci 50 manat X10 tərəfindən ödənilmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli **********1 saylı qəbzdən görünür ki, X10 33,60 manat dövlət rüsumu ödəmişdir. İş materillarında olan köçürmə sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 1062,67 AZN, xx.xx.2022-ci il tarixdə 203,93 AZN, xx.xx.2022-ci il tarixdə 121,45 AZN, xx.xx.2022-ci il tarixdə 264,58 AZN, xx.xx.2022-ci il tarixdə 36,07 AZN, xx.xx.2022-ci il tarixdə 312,52 AZN “Xalilli Samir” adlı şəxsin X2 hesabına köçürülmüşdür. İş materillarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X14 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə, iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməli, qarşılqılı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, çəkisi 16 qram olan 585 əyarlı, qiyməti 1360 manat olan boyunbağı, qolbağlı, sırğa, üzük və klon - 1 dəst X6 hədiyyə edilmişdir. Hazırda onun mülkiyyəti olan həmin qızıl-zinət əşyası X14, Cavabdehdır. Həmin qızıl-zinət əşyasının onlarda olması qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X9 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən etiraf edilməklə, nümayəndə həmin qızıl-zinət əşyasının qaytarılmasına hazır olduğunu bildirmişdir. Həmçinin qarşılqılı iddia tələbində qeyd edilən qızıl üzüyün X11 hədiyyə edildiyi, onun mülkiyyəti olduğu, hazırda üzüyün X5 olduğu müəyyən edilmiş, üzüyün dəyərinin 280 manat olduğu hər iki tərəfdən qəbul edilmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X14 ilkin iddiaçının 1200 (bir min iki yüz) manat, onun isə 1.062.67 (bir min altmış iki manat altmış yeddi qəpik); 203.93 (iki yüz üç manat doxsan üç qəpik); 121.45 (bir yüz iyirmi bir manat qırx beş qəpik); 264.58 (iki yüz altmış dörd manat əlli səkkiz qəpik); 36.07 (otuz altı manat yeddi qəpik); 312.52 (üç yüz on iki manat əlli iki qəpik) pul vəsaitinin X4 qardaşına ümumi vəsait kimi yığılması üçün göndərildiyini, həmçinin Samsung M12 markalı 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində telefon alıb göndərdiyini iddia etsə də, iddia tələbi üzrə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşin göstərilən halları iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd edilən Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.3-cü maddəsinə müvafiq olaraq daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunverciliyin göstərilən müddəalarını və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbində göstərilən çəkisi 16 qram olan 585 əyarlı boyunbağı, qolbağlı, sırğa, üzük və klon 1 dəstin qiymətinin 1360 manat olması, X6 hədiyyə olunmaqla onun mülkiyyətində olması, hazırda ilkin iddia üzrə cavabdehlərdə olması işin mübahisəsiz halı olduğundan ilkin iddia tələbi təmin edilməli, X8 və Cavabdeh X6 məxsus olan çəkisi 16 qram olan 585 əyarlı - qiyməti 1360 manat olan boyunbağı, qolbağ, sırğa, üzük və klon - 1 dəst, yaxud onun dəyəri 1360 manat alınıb X6 verilməlidir. Həmçinin qarşılıqlı iddia tələbində göstərilən X11 hədiyyə olunan qızıl üzüyün X9 mülkiyyətində olması, onun dəyəri işin mübahisəsiz halı olduğundan dəyəri 280 manat olan qızıl üzük, yaxud onun dəyəri 280 manat X3 alınaraq X11 verilməlidir. Qarşılıqlı iddia tələbində ilkin iddiaçının 1200 (bir min iki yüz) manat, qarşılqlı iddiaçının isə 1.062.67 (bir min altmış iki manat altmış yeddi qəpik); 203.93 (iki yüz üç manat doxsan üç qəpik); 121.45 (bir yüz iyirmi bir manat qırx beş qəpik); 264.58 (iki yüz altmış dörd manat əlli səkkiz qəpik); 36.07 (otuz altı manat yeddi qəpik); 312.52 (üç yüz on iki manat əlli iki qəpik) pul vəsaitinin X4 qardaşı X15 ümumi vəsait kimi yığılması üçün göndərildiyini, həmçinin Samsung M12 markalı 700 zlot (təxminən 290 (iki yüz doxsan) manat) məbləğində telefonun X4 qardaşı X1 iddia tələbində qeyd edilsə də qarşılıqlı tələb X15 deyil, X6 qarşı irəli sürüldüyündən, həmin pul vəsaitlərinin və telefonun dəyərinin X6 verilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ilkin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mediasiya xərci ilkin iddia üzrə cavabdehdən tələb edilmədiyindən ilkin iddiaçının özünə, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılqlı iddia üzrə cavabdehdən tələb edilmədiyindən qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. X8 və Cavabdeh X6 məxsus olan çəkisi 16 qram olan 585 əyarlı boyunbağı, qolbağ, sırğa, üzük və klon - 1 dəst, yaxud onun dəyəri 1360 manat alınıb X6 verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X3 qızıl üzük, yaxud onun dəyəri 280 manat alınaraq X11 verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 33,60 manat dövlət rüsumu və 50 manat mediasiya xərci X4 özünə, qarşılqlı iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu X9 özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar