Məhkəmə qərarları › İş №2(045)-552/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-552/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-552/2024 23.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan doğulmuş övladları 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 16 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahdan 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X5 anadan olub. Cavabdeh xeyli müddətdir ki, uşaqlarla maraqlanmır. Normal əmək haqqısı var. Borclarını həll etdikdən sonra həll edəcəyini desə də, o, bunun məhkəmə qaydasında həll olunmağını istəyir. Son bir neçə aydır cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O övladlarının saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə mürаciət еdərək, himayəsində üç azyaşlı və onlardan birinin südəmər körpə olduğunu diqqətə alaraq məhkəmə prosseslərində iştirak edə bilməyəcəyini və aliment təyin olunmasına dair tələbinin dəyişməz olaraq qaldığını nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, N saylı hərbi hissədə işləyir və aylıq əmək haqqısı 1600 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsinə etriaz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135964 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmış və bu barərə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1502 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Kazımova” soyadı verilmişdir; 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 916702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 210446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci ildə Ağcabədi rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 011686 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci ildə Bərdə rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X3 atasıdır. Cavabdeh iddia tələbini qəbul edir və birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün hər ay qazancının yarısı miqdarında alimentin ödənilməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alimentin miqdarına dair razılıq olduğundan onların birgə nikahından doğulmuş 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay qazancının yarısı miqdarında aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh qızından dövlət büdcəsinə 116 manat (800 manat*12ay=9600 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay qazancının yarısı miqdarında aliment, həmçinin 116 (yüz on altı) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 05 iyul 2017-ci il təvəllüdlü X2, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 və 14 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay qazancının yarısı miqdarında aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 116 (yüz on altı) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar