Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-554/2023 17.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və uşaqlara alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmiş nikahın pozulması; həmin nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 ata - İddiaçı yanında qalması və himayəsinə verilməsi; iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən - xx.xx.2023-cü il tarixdən,xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020- ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşma çatana qədər hər ay hər birinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə onun arasında nikah xx.xx.2017-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmişdir. Nikahdan iki övladı doğulmuşdur. xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020- ci il təvəllüdlü X10. Cvabdehlə xasiyyətləri uyğun gəlmir. Buna görə də Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmiş nikahın pozulması; həmin nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020- ci il təvəllüdlü X4 ata - İddiaçı yanında qalması və himayəsinə verilməsi; iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən xx.xx.2023-cü il tarixdən,xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020- ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşma çatana qədər hər ay hər birinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq iddiaçı X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X9 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 180644 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, İddiaçı ilə X9 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 45 səhifədə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səlimova” soyadı verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu Yeniyol kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 216486 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası X7r; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu Yeniyol kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 216485 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası X7r; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ilkin mediasiya sessiyasına iştirak edilməməsi barədə Goranboy rayonu 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, İddiaçı cavabdeh X3 qarşı “nikahın pozulması, uşaqüların himayəyə verilməsi” tələbi üzrə 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020- ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları və himayəsinə verilmələri məqsədəmüvafiq hesab edilmişdir. Elektron məhkəmə informasiya sistemində İddiaçı gəlirləri barədə məlumatdan görünür ki, İddiaçı 747.15 manat əmək haqqı alır. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin nikahdan iki övladı olmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X10. Tərəflərin xeyli vaxtdır faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Tərəflər nikahın pozulmasında təkid edir. Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları və himayəsinə verilmələri məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. İddia tələbinin tərəflər arasında bağlanmış nikahın pozulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı nikahın pozulmasında təkid etdiyindən iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə əsasən tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalmaq məsələsi də həll edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020- ci il təvəllüdlü X4 yaşı, Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi nəzərə alınmaqla anası X2 yanında qalması məqsədəmüvafiqdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə uşağın yaşını, fikrini, hazırda anasının yanında olmasını nəzərə alaraq qeyd edir ki, uşaqların anasının himayəsinə verilməsi onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, əvvəla cavabdeh iddiaçının həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay sabit pul miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının daimi iş yerinin olduğu nəzərə alınaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində aliment müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh X9 arasında Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X10 anası X2 yanında saxlanılmalı, İddiaçı cavabdeh X2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutulmalı, aliment tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və cavabdeh X3 izah edilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X9 arasında xx.xx.2017-ci ildə Goranboy rayon Qeydiyyat şöbəsində 45 № ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020ci il təvəllüdlü X10 anası X2 yanında saxlanılsın. İddiaçı X2 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində aliment tutulsun. Aliment tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia tələbi üzrə ödənilmiş 50 (yüz) manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və cavabdeh X3 izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-554/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-554/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver