Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-574/2023 27.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması, uşaqların himayədə qalması, aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə 24 iyun 2015ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 onun himayəsində qalması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı 24 iyun 2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmi qeyd edilmişdir. Birgə yaşadığı müddətdə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Ailənin dağılmasına əsas səbəb xasiyyətlərinin uyğun gəlməməsi, tez-tez mübahisələrin olması olmuşdur. Tərəflər arasında ailə münasibətləri tamamilə kəsilmişdir. Ona görə də o, nikahının onlara vaxt verilmədən pozulmasını istəyir. Cavabdeh X6 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 026984 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 24 iyun 2015-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 611905 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 07 avqust 2015-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 985878 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 26 avqust 2017-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ilkin mediasiya sessiyasına xitam verilməsi barədə Goranboy rayon 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması” tələbi üzrə 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər 24 iyun 2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflərin xeyli vaxtdır faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Tərəflər nikahın pozulmasında təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; İddia tələbinin tərəflər arasında bağlanmış nikahın pozulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı nikahın pozulmasında təkid etdiyindən iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında 24 iyun 2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə əsasən tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalmaq məsələsi də həll edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 hazırda anası İddiaçı yanında qalır və atası X6 xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanılmasına etirazı yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə uşağın yaşını, fikrini, hazırda anasının yanında olmasını nəzərə alaraq qeyd edir ki, uşağın anasının himayəsinə verilməsi onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, əvvəla cavabdeh iddiaçının həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay sabit pul miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün hər ya 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh X6 arasında 24 iyun 2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat olmaqla iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və cavabdeh X5 izah edilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X6 arasında Goranboy rayon Qeydiyyat şöbəsində 24 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 07 avqust 2015-ci il təvəllüdlü X7 və 26 avqust 2017-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılsın. 27 fevral 2023-cü il tarixdən başlayaraq X1 İddiaçı xeyrinə 07 avqust 2015-ci il təvəllüdlü X4 və 26 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla hər ay iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia tələbi üzrə ödənilmiş 50 (yüz) manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və cavabdeh X5 izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-574/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-574/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver