Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-639/2025 22.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 3500 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış, 29 qram çəkidə olan brilliant qaşlı 4 karat, kolye boyunbağı, sırğa, bilərzik, üzük; 1000 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan briliant qaşlı, 0.50 sot nişan üzüyü; 450 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan üzük, olmadıqda isə onların ümumi dəyəri 4950 manat məbləğində pulun alınaraq ona verilməsi, Cavabdeh 150 manat hüquqi xidmət haqqı, 70 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh el adəti üzrə xx.xx.2017-ci il tarixdə ailə qurmuş, sonra bu barədə Goranboy rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin 1-ci ayının 19cu günündə 16 nömrə ilə nikah qeyd edilmişdir. Birgə nikah və ailə münasibətindən xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladı vardır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-51/2024 nömrəli qətnaməsi ilə onların arasında nikah pozulmuş, uşaq ananın himayəsində saxlanılmış, uşağın saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə xx.xx.2024-cü il tarixdən ayrı yaşayır. Ona məxsus bütün cehiz əşyaları, əmlakları cavabdehdən alınmış, lakin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Belə ki, 2023-cü ilin mart ayında Cavabdeh və onun anası X1 şəhərinin Rəhman Əliyev küçəsi, ev 13 ünvanında yerləşən evi almaq üçün onun qızıl-zinət əşyalarını evdən götürmüş, Goranboy rayonu ərazisində olan “Lombarda” girov qoymuş, pul götürmüş və qeyd olunan daşınmaz əmlakı almışlar, daşınmaz əmlak hazırda onların istifadəsindədir. Cavabdeh ona şahidlərin yanında söz verdi və öhdəsinə götürdü ki, ona məxsus qızıl-zinət əşyalarını 2024-cü ilin noyabr ayında “Lombarddan” götürüb ona verəcəkdir. Dəfələrlə onun tələb etməyinə baxmayaraq, bugünədək cavabdeh onun qızıl- zinət əşyalarını qaytarıb verməmişdir. Həmin əşyaları cavabdeh ona qaytarıb vermək istəmir. Hazırkı iddia ərizəsi ilə o cavabdehdən məhkəmə qaydasında ona məxsus qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir. 585 əyyarlı qızıldan hazırlanmış brilyant qaşlı 4 karat, kolye boyunbağı - 10 qram, sırğa- 7 qram, bilərzik - 8 qram, üzük - 4 qram, çəkisi 29 qram – 3500 manat, 585 əyyarlı qızıldan hazırlanmış briliant qaşlı, 0.50 sot nişan üzüyü - çəkisi 5 qram -1000 manat, 585 əyyarlı qızıldan hazırlanmış üzük - çəkisi 5 qram - 450 manat, cəmi: 4950 ( dörd min doqquz yüz əlli) manat təşkil edir. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəməyə müraciət etmək üçün xərclər çəkmişdir. "xxxx" MMC Million elektron ödəmə sistemi 53168 №-li terminal vasitəsilə **********8 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə mən mediasiya təşkilatına 60 manat rüsum, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlə o hazırkı iddia tələbi ilə bağlı 71 manat dövlət rüsumu, "xxxx" ASC tərəfindən verilmiş 7151 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə o vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat məbləğində vəsait, "xxxx" ASC tərəfindən verilmiş 6966 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə o iddia ərizəsinin tərtibinə görə vəkilə 100 manat məbləğində vəsait köçürmüşdür. Tərəflər ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya prosedurundan keçmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT/032/2025-00054 №-li arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə arasında yaranmış narazılığa görə onlar arasında bağlanmış nikah qeydi pozulmuşdur. O, 2023-cü il tarixdə iddiaçıya məxsus qızıl-zinət əşyalarını götürərək “Lombarda” qoymuş və qaytarcağına söz vermişdir. O, hazırkı iddia tələbini qızıl-zinət əşyaları hissəsində qəbul etsə də, qalan hissədə qəbul etmədiyini bildirərək, buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-51/2024 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində 19 yanvar 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh X3 iddiaçı X4 xeyrinə hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; Gəncə univermaq qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubundan görünür ki, 585 əyyarlı qızıldan hazırlanmış brilyant qaşlı 4 karat, kolye boyunbağı - 10 qram, sırğa- 7 qram, bilərzik - 8 qram, üzük - 4 qram, çəkisi 29 qram – 3500 manat, 585 əyyarlı qızıldan hazırlanmış briliant qaşlı, 0.50 sot nişan üzüyü - çəkisi 5 qram -1000 manat, 585 əyyarlı qızıldan hazırlanmış üzük - çəkisi 5 qram - 450 manat təşkil edir; Fotoşəkillərdən İddiaçı üzərində qızıl-zinət əşyalarının olması görünür; "xxxx" MMC Million elektron ödəmə sistemi 53168 №-li terminal vasitəsilə **********8 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya təşkilatına 60 manat rüsum ödənilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 71 manat dövlət rüsumu ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş 7151 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat məbləğində vəsait köçürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 6966 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin tərtibinə görə vəkilə 100 manat məbləğində vəsait köçürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il taixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy şəhərində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman iddiaçı özü ilə cehiz əmlakları gətirmişdir. Eyni zamanda ona iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. Tərəflər yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-51/2024 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, uşaq ananın himayəsinə verilmiş və uşağın saxlanması üçün alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını və məhkəmə xərclərini tələb edir. Cavabdeh iddianı qızıl-zinət əşyaları hissəsində qəbul edərək, iddianı həmin hissədə təmin edilməsinə etirazının olmadığını bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarını nəzərdən keçirərək və tərəfləri dinləyərək hesab edir ki, iddianın cavabdeh tərəfindən qızıl-zinət əşyaları hissəsində etiraf edilməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilərək təsdiq edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində haqqının yarısı, yəni müvafiq olaraq 30 manat hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (Əsas: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsi). Məhkəmə iddia tələbinin vəkil sorğusuna görə xidmət haqqı və iddia ərizəsinin tərtibinə görə vəkilə ödənilmiş pulun cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və Cavabdeh İddiaçı 150 manat məbləğində vəkilə ödənilmiş hüquqi xidmət haqqı tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış, 29 qram çəkidə olan brilliant qaşlı 4 karat, kolye boyunbağı, sırğa, bilərzik, üzük, 1000 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan brilliant qaşlı, 0.50 sot nişan üzüyü, 450 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan üzük, olmadıqda isə onların ümumi dəyəri 4950 manat məbləğində pul, həmçinin ödənilmiş 150 manat hüquqi xidmət haqqı, 69,5 manat (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) məbləğində dövlət rüsumu və 30 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3500 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış, 29 qram çəkidə olan brilliant qaşlı 4 karat, kolye boyunbağı, sırğa, bilərzik, üzük, 1000 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan brilliant qaşlı, 0.50 sot nişan üzüyü, 450 manat dəyərində 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan üzük, olmadıqda isə onların ümumi dəyəri 4950 manat məbləğində pul, həmçinin ödənilmiş 150 manat hüquqi xidmət haqqı, 69,5 manat (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) məbləğində dövlət rüsumu və 30 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-639/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-639/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver