Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-675/2025 29.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 dekabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay 246 (iki yüz qırx altı) manat miqdarında sabit pul məbləğində alimentin və uşağı Röyalın hələ 3 yaşı tamam olmadığına görə iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən uşağının 3 yaşı tamam olanadək, ona uşağına baxdığına, qulluq etdiyinə görə heç yerdə işləyə bilmədiyindən, hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci ilin mart ayında nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə bir uşağı olmuşdur. X6 20 dekabr 2022-ci il təvəllüdlü. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün azyaşlı uşağı da götürüb atası evinə gəlmişdir. Həmin vaxtdan bugünə kimi cavabdeh bir dəfə də olsun ki, uşağı ilə maraqlanmamışdır. Uşaq nə yeyir içir, harada yaşayır, bu heç onun vecinə də deyil. Heç elə bil bu ailə onun deyil, bu uşaq da heç yoxdur. Bir necə ay olar ki, uşağını valideyinlərinin köməkliyi ilə bir təhər saxlayır. Bir müddət dözərək fikirləşirdi ki, bəlkə cavabdeh ailəsi, uşağı olmasını yadına sala, bir onlarla maraqlanar. Lakin, gördü ki, yox o tamam valideyinlik vəzifələrini unutmuşdur, onlar heç cavabdehin yadına da düşmürlər. Ona görə də məcbur olub cavabedehdən aliment istəmək qərarına gəlmişdir. İndi tələbi ondan ibarətdir ki, cavabdehdən uşağı xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinik yaşına çatana kimi 246 manat sabit pul məbləğində alimentin və uşağının hələ 3 yaşı tamam olmadığına görə iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən uşağının 3 yaşı tamam olanadək uşağına baxmağa, qulluq etməyə məcbur olduğundan və buna görə heç yerdə işləyə bilmədiyindən, hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh könüllü olaraq bunları etmək istəmir. ''Mediasiya haqqında”AR-nin xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmidir. Bu barədə ilkin mediasiya süsiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışın əslini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Qazanbulaq kəndində yerləşən "xxxx" ASC-də fəhlə işləyir və aylıq 400 manat əmək haqqı alır. Buna görə də birgə nikahdan doğulmuş uşağının saxlanması üçün hər ay 100 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 558998 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 224 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Rəhimova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 828170 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2022-ci ildə Goranboy rayonunda doğulmuş, atası Cavabdeh, anası X2r. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 20 dekabr 2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və uşaq iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasında ona maddi yardım göstərmədiyini əsas gətirərək hər ay uşağın saxlanması üçün 246 manat və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək 100 manat miqdarında aliment tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək ümumilikdə hər ay 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində aliment müəyyən edilməklə tutulmalıdır. İddia tələbinin 20 dekabr 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, tələb bu hissədə də qismən təmin olunmalı və tərəflərin birgə nikahından doğulmuş 20 dekabr 2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 45,20 manat (210*12ay=2520 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 20 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində və uşaq 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025ci il tarixdən başlayaraq, 20 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində və uşaq 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 45,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-675/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-675/2025
29.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver