Məhkəmə qərarları › İş №2(045)-78/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-78/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-78/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, onun xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Nikahdan iki uşaq doğulmuşdur: xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X9. Cavabdehlə 2022-ci ilin avqust ayından ayrılmışdır. O vaxtdan cavabdeh uşaqları ona göstərmir, uşaqların onun olmadığını bildirir. Bu da onda şübhələr yaratmışdır. xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 doğulması cavabdehin acıq edib evdən getdiyi vaxtlara təsadüf etmişdir. O uşaqların gerçək atası olmadığını bilməyərək onların atası olmasını qəbul etmişdir. Buna görə də xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddiaçının cavabdehə şər atdığını, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan X7 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ilə X3 arasında nikah xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Niukahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan X7 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan X7 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, doğulmuş X9 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmnə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin 762/2024-MTBŞ saylı rəyindən görünür ki, Cavabdeh doğulmuş X8 və X9 adlı uşaqlar barəsində İddiaçı atalıq faktı inkar olunmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmnə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin 762/2024-MTBŞ saylı rəyindən görünür ki, Cavabdeh doğulmuş X8 və X9 adlı uşaqlar barəsində İddiaçı atalıq faktı inkar olunmur. Göstərilən normaların tələblərini hazırki işin hallarına tətbiq edərkən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı atalıq faktı inkar olunmadığından İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar