Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-795/2023 29.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X*, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla görüş və ünsiyyətdə olma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları-3* may 2020-ci ildə anadan olmuş X5 və *7 sentyabr 202*-ci ildə anadan olmuş X6 ilə hər həftənin şənbə və bazar günü saat *0:00-dan *7:00-dək cavabdehin iştirakı olmadan görüş verilməsi, uşağı ilə ünsiyyətdə olmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 avqust 20*9-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 adlı iki uşağı olmuşdur. Cavabdehlə 2022-ci ilin əvvəllərindən ayrı yaşayır və həmin vaxtdan cavabdeh uşaqları apararaq atası evinə getmişdir. Bugünə kimi o, uşaqlrını görə bilmir. O, dəfələrlə istəmişdir ki, uşaqları ilə görüşsün, lakin hər dəfə də cavabdeh və valideyni buna imkan vermirlər, hər cürə maneə olurlar. Cavabdeh və valideyini hər vasitə ilə çalışırlar ki, o, uşağı ilə görüşüb ünsiyyətdə ola bilməsin. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, öz uşaqlarını çox istəyir, onlara daim maddi və mənəvi qayğı göstərmək, onların tərbiyəsində və sağlam böyüməsində iştirak etmək istəyir. Cavabdeh və onun valideyni isə buna daim maneə olurlar. Uşaqlarına onun pis ata olduğunu deyirlər. O, hesab edir ki, bir ata kimi onun uşağı ilə görüşüb, ünsiyyətdə olmaq, hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçının birgə nikahdan doğulmuş uşaqları ilə onun iştirakı olmadan görüşməsinə və iddia ərizəsində göstərilən uşaqlarla ünsiyyətdə olma müddətinin çox olmasına etiraz edir. Çünki uşaqları körpədir, hələ ki, ana qayğısına və qulluğuna çox ehtiyacları var, gələcəkdə uşaqlar böyüdükdə sərbəst şəkildə onun iştirakı olmadan uşaqları görüşməyinə etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən verilmiş izahata uyğun olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 330*29 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 05.08.20*9-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *63 nömrə ilə qeyd edilmişdir; Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 39 nömrəli arayışdan görünür ki, X5 3* may 2020-ci ildə Gəncə şəhər Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 657363 nömrəli arayışdan görünür ki, X6 *7.09.202*-ci ildə Gəncə şəhər Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 3* may 2020-ci il təvəllüdlü X3 və *7 sentyabr 202*-ci il təvəllüdlü X4 ataları İddiaçı ilə ünsiyyətdə olmalarını və görüş verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan ailə münasibətləri pozulmuş və uşaqlar hazırda cavabdehin yanında qalır. İddiaçı ilə cavabdeh ayrı yaşayır. İddiaçı övladlarının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağlara münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı övladları 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması yetkinlik çatmayanların hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının *7-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.*-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, *0 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız *0 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər; 6*.*-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 6*.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 6*.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 6*.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər; 73.*-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin *-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 20**-ci il tarixli 6 nömrəli Qərarının 2ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda uşaqlarından ayrı yaşayan iddiaçının övladları ilə ünsiyyətdə olma hüququnun təmin olunmasına ümumilikdə cavabdeh tərəfindən etiraz edilməmişdir. Məhkəmə bu halı, habelə İddiaçı uşaqların fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqları ilə ünsiyyət hüququ təmin olunmalıdır. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşaqların yaşını və onların mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçının uşaqları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçının uşaqlarla həftənin bir günü 3 saat ünsiyyətdə olmasına etiraz etməməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının uşaqlarla ünsiyyətdə olması müddəti yalnız hər həftənin şənbə və bazar günləri saat **:00-dan saat *5:00-dək müəyyən edilməlidir. Eyni zamanda, iddiaçı cavabdehlə mövcud münasibətlərinin kəskin olmasına görə uşaqlarla ünsiyyətinin cavabdehin iştirakı olmadan keçirilməsini tələb etməsinə baxmayaraq, məhkəmə uşaqların yaşını nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqları ilə görüşləri cavabdehin (ananın) iştirakı ilə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma hüququ təmin olunmalı, İddiaçı övladları 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə və bazar günləri saat **:00-dan saat *5:00-dək Cavabdeh iştirakı ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları 3* may 2020-ci il təvəllüdlü X5 və *7 sentyabr 202*-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə və bazar günləri saat **:00-dan saat *5:00-dək Cavabdeh iştirakı ilə müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-795/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-795/2023
29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver