Məhkəmə qərarları › İş №2(045)-845/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-845/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-845/2025 04.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay İlham oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir-birilərinə qarşı “aliment” tələbinə dair qarşılıqlı iddialarına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olmuş və onun himayəsində olan 06 mart 2011-ci il təvəllüdlü Zeynəb və 15 iyul 2019-cu il təvəllüdlü Gülçin adlı uşaqlarının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər bir uşağa görə hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və ilkin Mediasiya sessiyasına görə ödədiyi 50 (əlli) manat məbləğdə pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-İddiaçı 03 sentyabr 2012-ci il təvəllüdlü uşağı X3 üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sabiq əridir. Cavabdehlə faktiki olaraq evlənib ailə qurmuşdur. Onu gəlin kimi cavabdehin valideynləri yaşadıqları evə köçürmüşlər. Birgə ailə həyatından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü Zeynəb və 15 iyul 2019-cu il təvəllüdlü Gülçin adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibəti əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulduğundan ayrılmışdır. Azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün maddi yardım göstərmir. O, uşaqlara baxmağına görə heç bir yerdə işləmir. Valdeyinlərinin köməyi ilə uşaqları saxlayır. Ona görə də, uşaqlarının ehtiyacını ödəyə bilmir. Cavabdeh fərdi əməklə məşğul olaraq normal maddi imkana malik olmasına baxmayaraq, könüllü olaraq uşağına heç bir maddi yardım etmir. Ona görə də, aliment tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. X13 Mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış vermiş və sonra o, məlum iddia ilə məhkəməyə müraciət etməli olnuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh-iddiaçı məhkəmədə ona qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbinə dair” iddia qaldırmışdır. Cavabdeh-iddiaçı ilə 24 yanvar 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 06 mart 2011-ci il tarixdə X11, 03 sentyabr 2012-ci il tarixdə X14 və 15 iyul 2019-cu il tarixdə X12 adlı uşaqları olmuşdur. İddiaçı-cavabdeh ilə birgə yaşamaq mümükün olmadığı üçün ayrılmışdır. Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(045)-296/2024 saylı qətnaməsinə əsasən nikah qeydi pozulmuş, razılaşmaya görə uşaqlarından İlkin onun, Zeynəb və Gülçin isə anasının himayəsinə verilmişdir. Bu barədə olan Goranboy Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(045)- 246/2021-ci il tarixli qətnaməsini məhkəməyə təqdim edir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, nikahı məhkəmə qaydasında ləğv olunarkən aliment tələbi olmadığı üçün aliment müəyyən edilməmişdir. Lakin bugünlərdə iddiaçı-cavabdeh məhkəmədə ona qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbinə dair" iddia qaldırmışdır. Belə olan halda o da iddiaçı-cavabdehə qarşı “Aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, həmişə bir ata kimi istəmişdir ki, uşaqlarının təlim- tərbiyəsi, təhsili, sağlamlıqlarının qayğısına qalsın. Lakin iddiaçıcavabdeh həmişə onun uşaqları ilə görüşüb ünsiyyətdə olmağına hər cürə maneə olub və olur. Bildiyinə görə cavabdeh-iddiaçı yeni ailə qurmuşdur, uşaqlar isə burada anasının himayəsindədir, özü uşaqlara belə qayğı göstərmir. O da iddiaçı-cavabdehdən uşağı İlkinin saxlanması üçün aliment tələb edir. Hesab edir ki, uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh-iddiaçı uşağının saxlanması xərclərini ödəməlidir. Ona görə cavabdehdən hər ay sabit pul məbləğində elə yaşayış minumumu həddində, yəni 246 manat miqdarında alimentin alınıb ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən qarşılıqlı iddianın rədd edillməsi, ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxsarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 649664 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 24 yanvar 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir; Goranboy rayon Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 634626 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2011-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2012-ci ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Dəliməmmədli şəhər icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 310518 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 499024 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və nikaha 05.08.204-cü il tarixdə xitam verilmişir. Nikah pozulduqdan sonra sonuncuya “Ababsova” soyadı verilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayonu Dəliməmmədli şəhər icra nümayəndəliyində xx.xx.2011-ci il tarixdə bağlanmış və 04 nömrə ilə akt qeydi aparılmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü X11 və 15 iyul 2019-cu il təvəllüdlü X12 İddiaçı himayəsində və 03 sentyabr 2012-ci il təvəlüldlü X14 isə Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 24 yanvar 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 06 mart 2011-ci il təvəllüdlü X11, 03 sentyabr 2012-ci il təvəllüdlü X14 və 15 iyul 2019-cu il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Daha sonra birgə yaşamaq mümükün olmadığı üçün tərəflər ayrılmışlar və Goranboy Rayon Məhkəməsinin 2(045)-296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü X11 və 15 iyul 2019-cu il təvəllüdlü X4 Kəmalə Həsənqulu qızının himayəsində və 03 sentyabr 2012-ci il təvəlüldlü X14 isə Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Hazırda İddiaçı uşaqların saxlanılmasında atalarının ona maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay hər uşağın saxlanması üçün 246 manat aliment tələb edir. Eyni zamanda Cavabdeh da qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, himayəsində olan uşağın saxlanması üçün 246 manat aliment tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq, müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə ilkin iddia üzrə, yəni 06 mart 2011-ci il təvəllüdlü X6 və 15 iyul 2019-cu il təvəllüdlü X1 üçün ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə aliment tutulması məsələsi ilə bağlı qeyd edir ki, əvvəla cavabdeh iddiaçının həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 246 manat, ümumilikdə 492 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və uşaqlardan birinin atanın himayəsində olmasını nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, ilkin iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü X6 və 15 iyul 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə 03 sentyabr 2012-ci il təvəlüldlü X2 üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə aliment tutulması məsələsi ilə bağlı qeyd edir ki, əvvəla qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin həmin məbləğdə (hər ay 246 manat) alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almış məhkəmənin qətnaməsindən göründüyü kimi tərəflər arasında birgə nikahdan doğulmuş uşaqların birinin atada, digərlərinin isə anada qalması barədə razılıq olmuşdur. Məhkəmə hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsində olan 03 sentyabr 2012-ci il təvəlüldlü X3 üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı alimentin tutulmasını tərəflərin maddi vəziyyətini nəzərə almaqla və mütənasiblik prinsipinə mümkün qədər riayət etməklə, ağlabatan hesab etmir. Çünki qarşılıqlı iddia üzrə cavabdehdən (ana) hazırda ondan maddi cəhətdən üstün görünən qarşılıqlı iddia üzrə iddiaçının (ata) xeyrinə aliment tutulması ana üçün əlavə maliyyə yükü yaratmaqla, onun himayəsində olan uşaqların yaşayış təminatı səviyyəsinə mənfi təsir göstərəcəkdir ki, bununla da ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulması qərara alınmış aliment formal xarakter daşıyacaq və əhəmiyyətini itirmiş olacaqdır. Odur ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hər iki tərəf mediasiya prosesində iştirak etdiyi üçün mediasiya prosesində iştirak etmək üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğin yarı hissəsini təşkil edən 25 manatın əvəzi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalıdır (əsas: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsi). Məhkəmə MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, ilkin iddia üzrə Cavabdeh dövlət büdcəsinə 48,8 manat (240*12ay=2880 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia təmin edilməməklə, ilkin iddia qismən təmin edilməli və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 06 mart 2011-ci il təvəllüdlü X11 və 15 iyul 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment və ödənilmiş 25 manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 06 mart 2011-ci il təvəllüdlü X11 və 15 iyul 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərcinin əvəzi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət büdcəsinin xeyrinə 48,8 manat məbləğində dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar