Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-854/2025 04.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyətindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərdiyi ünvanda yaşayır, keçmişdə hal-hazırda yaşadığı Goranboy rayonunun adı Qasım-İsmayılov rayonu olub. XXІІ ЖЕК xx.xx.1990-cı ildə ona məxsus olan evi şəxsən özü tikdirmişdir. Özünün şəxsi mülkiyyətidir. İndi hal-hazırda Qasım-İsmayılov rayonunun adı dəyişdirilib Goranboy rayonu olmuşdur. Həmin Goranboy rayonu Alı Mustafayev küçəsi ev №-11 onun mülkiyyətidir. Onun evinin texniki pasportu, evin mülkiyyət çıxarışı onun mülkiyyətindədir. Onun mülkiyyətində Qarqucaq kənd sakini Cavabdeh yaşayır. O istəmir ki, Cavabdeh və uşaqları onun şəxsi mülkiyyətində yaşasınlar. Onun mülkiyyət hüququ pozulur. Davranışı olmayan davakar insandır. O, cavabdehə mülkiyyətindən heçnə vermir. Onun mülkiyyətini boşaltsınlar və çıxsınlar. Xahiş edir ki, onun mülkiyyət hüququ pozulmasın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın dəlillərinə uyğun izahat verərək bildirdi ki, oğlu Rəşad Əliyev il Cavabdeh ilə 2012-ci ildə ailə həyatı qurmuşlar, nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından iki uşağı olmuşdur. Sonradan oğlu ilə cavabdeh arasında ailə münasibətləri kəsilmiş və onlar ayrılmışlar. Hazırda cavabdeh onun xüsusi mülkiyyətində olan evdə yaşayır və onun mülkiyyət hüququnu pozur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, sözügedən mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir və o, qarşı tərəfə kompensasiya ödəmək istəmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, sözügedən mübahisəli mənzilə gəlin köçmüş, daha sonra nikahı pozulsa da, 2014-cü ildə məhkəmənin qərarı ilə ona uşaqları ilə birlikdə həmin evdə yaşamaq hüququ verilmişdir. Onun başqa yaşayış yeri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli, ********** qeydiyayt nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 69.80 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir; Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-1107/2014 nömrəli, 26 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X1 arasında Goranboy rayon Qeydiyyat Şöbəsində 10 oktyabr 2002-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-1151/2014 nömrəli, 22 sentyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh azyaşlı uşaqları 08 avqust 2012-ci il təvəllüdlü X3 və 10 may 2014-cü il təvəllüdlü X2 ilə birlikdə İddiaçı adına qeyd edilmiş Goranboy şəhəri, A. Mustafayev küçəsi, ev 11-də yaşamaq hüquqları tanınmış və hazırda cehiz əşyalarının olduğu həyətə girərkən sol tərəfdə yerləşən otağa köçürülmələri qət edilmişdir; Goranboy rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-150/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 ilə birlikdə İddiaçı adına qeyd edilmiş Goranboy şəhəri A.Mustafayev k., ev 11-də yaşayış hüquqları tanınmış, halhazırda iddiaçı və uşaqlarının yaşadığı həyətə girərkən sol tərəfdə yerləşən otaqla bərabər ümumi istifadə yerlərindən (tualet, qaz, su, elektrik enerjisindən), yaşayış hüququ verilmiş otağa qaz, su və elektrik enerjisi sayğacı quraşdırılması qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının oğlu Rəşad Əliyev ilə Cavabdeh 2012-ci ildə ailə həyatı qurmuşlar, nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahdan iki uşağı olmuşdur. Sonradan oğlu ilə cavabdeh arasında ailə münasibətləri kəsilmiş və onların arasında bağlanmış nikah Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-1107/2014 nömrəli, 26 avqust 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 69.80 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(045)-1151/2014 nömrəli, 22 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları 08 avqust 2012-ci il təvəllüdlü X3 və 10 may 2014-cü il təvəllüdlü X2 ilə birlikdə İddiaçı adına qeyd edilmiş Goranboy şəhəri, A. Mustafayev küçəsi, ev 11-də yaşamaq hüquqları tanınmış və hazırda cehiz əşyalarının olduğu həyətə girərkən sol tərəfdə yerləşən otağa köçürülmüşlər. Hazırda iddiaçı qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olduğunu bildirir və cavabdehin ordan çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.3-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə mənzilə istifadə hüququnun itirilmə əsasları ilə bağlıdır və hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə tərəflərin həmin mənzilə hansı hüquqlarının mövcud olması aydınlaşdırılmalıdır. Belə ki, Goranboy Ryaon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdeh uşaqları ilə birlikdə ünvan 4 ünvan onun yaşadığı mənzil sayılır. Onun məhkəmə qaydasında tanınmış hüququ istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri bütün şəxslər, cümlədən tərəflər üçün məcburi və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olsa da, hazırkı iddia Goranboy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrinin icrasını istisna edir və cavabdehi yaşadığı mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Beləlilklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda östərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir k, Cavabdeh ünvan 3 ünvanında yaşamaq hüququ və bu hüququn istənilən şəxs, o cümlədən mülkiyyətiçi tərəfindən pozulmaqdan müdafiə olunmaq hüququ tanımış Goranboy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri bütün şəxslər, o cümlədən tərəflər üçün məcburi və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olduğundan, həmin qətnamələrin icrasını istisna edən və cavabdehi yaşadığı mənzildən qanunsuz mərhum etmə xarakteri daşıyan iddia tələbi təmin edilə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinəəsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-854/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-854/2025
04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver