Məhkəmə qərarları › İş №2(045)-916/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-916/2025

14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-916/2025 14.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Taleh Mustafayev Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 250 manat aliment olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırda Goranboy Rayon Məhkəməsində İddiaçı qarşı “nikahın pozulmasına” dair iddia ərizəsi ilə müraciət etmişdir və həmin iş üzrə hazırlıq iclası keçirilmişdir. Odur ki, işə xitam verilərək digər işə birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iş üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, Cavabdeh xx.xx.2025-ci il tarixində “nikahın pozulması” tələbi ilə məhkəməyə müraciət etmiş və iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına götürülmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixində “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına götürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(045)- 916/2025 nömrəli mülki iş Goranboy Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(005)-889/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. MPM-in: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir; 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər; 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırkı qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, MPM-də həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırkı qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən MPM-in 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(045)-916/2025 nömrəli mülki iş Goranboy Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(005)-889/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar