Məhkəmə qərarları › İş №2(045)-928/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-928/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-928/2024 12.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirak ilə, İddiaçı Cavabdeh qarşı “1/3 hissə alimentin tutulması qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 noyabr 2018-ci il təvəllüdlü X4 və 10 fevral 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 2(045)-929/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 1/3 hissə alimentin tutulması qaydasının dəyişdirilməsi, Cavabdeh 15 noyabr 2018-ci il təvəllüdlü X4 və 10 fevral 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və X7 1 saylı Mediasiya təşkilatı üçün ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərci əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Məhkəməsinin 2(045)-929/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun, yəni iddiaçı X1 xeyrinə 15 noyabr 2018-ci il tarixdə doğulmuş X9 və 10 fevral 2021ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə biri) məbləğində aliment tutularaq ona, yəni iddiaçı X2 verilməsi, Cavabdeh 10 fevral 2021-ci il tarixdə doğulmuş X5 03 yaşına çatanadək saxlanması üçün hər 50 manat məbləğində aliment tutularaq ona, yəni iddiaçı X2 verilməsi və alimentin tutulmasının 18 aprel 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Cavabdehdən azyaşlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay tutulan əmək haqqının 1/3 hissəsi miqdarı 2024-cü ildə uşaqlar üçün nəzərdə tutlmuş 235 manat minimum dolanacaq xərcindən çox aşağı olduğu üçün, cavabdehə alimentin miqdarının artırılması və sabit pul məbləğində tutlması ilə bağlı “Medıasiya prosesinin tətbiqi barədə ” təklif göndərmiş, lakin razılıq əldə olunmamışdır. Bu səbəbdən də X7 1 saylı Mediasiya təşkilatı tərəfindən ona “X8 sonra prosesin davam etdirilə bilməməsi barədə ’’ arayış verilmişdir. Hazırda ərzaq, istehlak, geyim və s. gündəlik tələbat məhsullarının (mallarının) qiymətləri baha olduğundan uşaqlarının 2024-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş minimum dolanacaq xərci həddində saxlanmasında çətinlik çəkir. Odur ki, alimentin tutlma qaydasının dəyişdirilməsinə və cavabdehdən sabit pul məbləğində aliment tulmasına ehtiyacı vardır. Cavabdeh qazancından uşaqlara qət edilmiş alimentin məbləğindən əlavə heç bir maddi köməklik etmir. O, isə uşaqları azyaşlı olduğundan işləyə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehdən azyaşlı uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər ay tutulan əmək haqqının 1/3 hissəsi miqdarı 2024-cü ildə uşaqlar üçün nəzərdə tutlmuş 235 manat minimum dolanacaq xərcindən çox aşağı olduğu üçün, cavabdehə alimentin miqdarının artırılması və sabit pul məbləğində tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qazancından uşaqlara qət edilmiş alimentin məbləğindən əlavə heç bir maddi köməklik etmir. İddiaçı isə uşaqları azyaşlı olduğundan işləyə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 187030 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 15 noyabr 2018-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 566282 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2021-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-929/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh ilə iddiaçı X6 arasında Naftalan şəhər Qeydiyyat Şöbəsində 12 aprel 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 15 noyabr 2018-ci il tarixdə doğulmuş X9 və 10 fevral 2021-ci il tarixdə doğulmuş X10 anası X1 yanında saxlanılmış, Cavabdeh iddiaçı X1 xeyrinə 15 noyabr 2018-ci il tarixdə doğulmuş X9 və 10 fevral 2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə biri) məbləğində aliment tutularaq iddiaçı X2 verilmiş, Cavabdeh 10 fevral 2021-ci il tarixdə doğulmuş X5 03 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi müəyyən edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 457344 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra sonuncuya “Babayeva” soyadı verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh 12 aprel 2018-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından 15 noyabr 2018-ci il təvəllüdlü X9 və 10 fevral 2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Goranboy Rayon Məhkəməsinin 2(045)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 15 noyabr 2018-ci il təvəllüdlü X9 və 10 fevral 2021-ci il təvəllüdlü X5 anaları– İddiaçı yanında qalması müəyyən edilmiş, uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək, Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz) manat müəyyən edilməsini tələb edir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə iddiaçının sabit pul məbləöində alimnet tutulmasına dair tələbinin olmasını nəzərə alaraq, alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 15 noyabr 2018-ci il təvəllüdlü X9 və 10 fevral 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 68 manat (400 manat*12ay=4800 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-929/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə 15 noyabr 2018-ci il təvəllüdlü X9 və 10 fevral 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş əmək haqqınən 1/3 hissədə alimentin tutulmasının qaydası dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-929/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə 15 noyabr 2018-ci il təvəllüdlü X4 və 10 fevral 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş əmək haqqınən 1/3 hissədə alimentin tutulmasının qaydası dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Cavabdeh dövlət büdcısinə 68 (altmış səkkiz) manat miqdarında dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar