Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-974/2023 17.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin təyin edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi tələbinə dair qarşılqılı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin təyin edilməsi tələbini irəli sürərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi tələbini irəli sürərək İddiaçı 15 dekabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı olmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X3 və 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4. Goranboy rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixlim qətnaməsi ilə onunla Cavabdeh arasında 08 avqust 2009-cu il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəliyində nikahın bağlanması haqqında akt qeyləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. Hazırda o uşağın saxlanılmasında çətinlik çəkir. Buna görə də xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, tərəflərin birgə nikahından iki övladı olmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X3 və 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4. Goranboy rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixlim qətnaməsi ilə Günayla Əkbər arasında 08 avqust 2009-cu il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəliyində nikahın bağlanması haqqında akt qeyləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. Ata uşağa təkbaşına baxır. Ana uşağın saxlanılmasında ona köməklik göstərmir. İddiaçı 15 dekabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İV 067844 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(045)-246/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2009-cu il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəliyində nikahın bağlanması haqqında akt qeyləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(045)-246/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2009-cu il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbə İƏDÜ nümayəndəliyində nikahın bağlanması haqqında akt qeyləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 15 dekabr 2011-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. Hazırda tərəflər bir-birinə uşağın saxlanılmasında köməklik göstərmir. İşdə göstərilən halları iddiaçının izahatı, iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən ər- arvad bir-birini maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad arsında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın)ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 15 dekabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment ilkin iddiaçının məhkəməyə müraciət etdiyi 18 aprel 2023-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Qarşılıqlı iddia tələbi üzrə aliment qarşılıqlı iddianın verildiyi tarixdən xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq ilkin iddiaçıdan və qarşılıqlı iddiaçıdan ayrı-ayrılıqda alimentin alınması iddiası üzrə müəyyən olunmuş dövlət rüsumu 44 manat alınıb dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilsin. İlkin iddia üzrə alimentin tutulması 18 aprel 2023-cü il tarixdən hesablansın. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 15 dekabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh ödənilsin. Qarşılıqlı iddia üzrə alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. İddiaçı 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-974/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-974/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver