Məhkəmə qərarları › İş №2(045)-981/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-981/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-981/2024 10.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin və onlara məxsus əşyalarıb evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.1982-ci il təvəllüdlü, Cavabdeh2 - xx.xx.2004-cü il təvəllüdlü, Cavabdeh3 - 27.07.205-ci il təvəllüdlü və onlara məxsus çarpayı 1 nəfərlik - 2 ədəd, çarpayı 2 nəfərlik - 1 ədəd, qabaq stolu - 1 ədəd, oturacaq stullar- 6 ədəd, Şkaf - 1 ədəd, duxovka - 1 ədəd, televizor -1 ədəd, antenna krosno - 1 ədəd, paltaryuyan maşın - 1 ədəd, soyuducu - 1 ədəd, motor su üçün - 1 ədəd, motoroller - 1 ədəd, gəvə - 1 ədəd, yorğan və döşək dəstləri, müxtəlif qab-qacaq dəstləri, tozsoran - 1 ədəd, qapı-pəncərə pərdələri, çilçıraq -1 ədəd, elektrik qızdırıcısı - 1 ədəd, çəpər setkası - 40 metr, dolab - 1 ədəd, vintelyator - 1 ədəd, ütü - 1 ədəd, modem - 1 ədəd, kompyuter - 1 ədəd, fərdi geyim əşyalarının ona məxsus olan Goranboy rayonu, Məşədiqaralar kəndi fərdi yaşayış evimdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonu Məşədiqaralar kəndində yaşayır, onun həmin kənddə mülkiyyətində 0.27 ha həyətyanı torpaq sahəsi və onun üzərində 140.60 kv. m fərdi yaşayış evi vardır. Cavabdehlər Cavabdeh1 - xx.xx.1982-ci il təvəllüdlü, Cavabdeh2 - xx.xx.2004-cü il təvəllüdlü, Cavabdeh3 - xx.xx.2005-ci il təvəllüdlü onun qardaşı X11 ailə üzvləridir. Onlar Rusiya Federasiyasında yaşamışlar. Hal-hazırda da qardaşı X7 Federasiyasının Primorskiy kray Vladivostok şəhərində yaşayır. X15 zəng vurub bildirdi ki, “başıma iş gəlib ailəmi göndərirəm kəndə, onları müvəqqəti evdə yerləşdir saxla, özüm gəlib onları aparacam”. Cavabdeh ailə üzvlərini göndərdikdən bir müddət sonra xəbər tutdu ki, onu həbs etmişlər və ona azadlıqdan məhrum etmə cəzası vermişlər. X17 2020-ci ildə cəzasını çəkib azadlığa çıxmışdır. Lakin o, gəlib ailə üzvlərini aparmamış, ailə üzvləri də özləri onun yaşayış yerinə getməmişlər. O həmin vaxt cavabdehlərə təklif etmişdir ki, hər bir iş qaydasına düşmüşdür, qayıdın RF-yə bir ailə şəraitində yaşayın. Bu təklifdən sonra cavabdehlər daim onunla və onun ailə üzvləri ilə mübahisə etməyə, əsassız münaqişələr yaratmağa, onun mülkiyyət hüquqlarına müdaxilə etməyə, narahatlıqlar yaratmağa başladılar. Bu barədə Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-75/2- 7751/24 nömrəli məktuba əlavə edilmiş materialı iddia ərizəsinə əlavə edir. Cavabdehlərin onun mülkiyyətində olan evində - çarpayı 1 nəfərlik- 2 ədəd, çarpayı 2 nəfərlik-1 ədəd, qabaq stolu -1 ədəd, oturacaq stullar - 6 ədəd, şkaf-1 ədəd, duxovka - 1 ədəd, televizor -1 ədəd, anten krosno - 1 ədəd, paltaryuyan maşın - 1 ədəd, soyuducu - 1 ədəd, motor su üçün - 1 ədəd, motoroller - 1 ədəd, gəvə - 1 ədəd, yorğan və döşək dəstləri, müxtəlif qabqacaq dəstləri, tozsoran -1 ədəd, qapı-pəncərə pərdələri, çılçıraq – 1ədəd, elektrik qızdırıcısı - 1 ədəd, çəpər setkası - 40 metr, dolab - 1 ədəd, ventelyator - 1 ədəd, ütü - 1 ədəd, modem - 1 ədəd, kompyuter - 1 ədəd, fərdi geyim əşyaları vardır. O, dəfələrlə cavabdehlərə mülkiyyətində olan evdən özlərinin çıxmalarını, cehiz əşyalarını da çıxarmalarını təklif etmiş, lakin cavabdehlər ona imtina cavabı vermişlər. Cavabdehlərin və onların əşyalarının ona məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun evindən istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barəsə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, sözügedən mübahisəli yaşayış sahəsi 2023cü ildə atası vəfat etdikdən sonra onun mülkiyyətinə keçmişdir. Cavabdehlər həmin evdə 2005-ci il tarixdən yaşasalar da, yaşayış yeri üzrə pasport qeydiyyatına rəsmi olaraq 2011ci il tarixdən düşmüşlər, ona görə də, qarşı tərəfə hər hansı məbləğdə kompensasiya ödəmək fikri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərərk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı onun qaynıdır. O, 2003-cü il tarixdə X17 ilə ailə həyatı qurub Goranboy rayonu Məşədiqalar kəndində yerləşən hazırkı mübahisəli evə gəlin köçmüş, daha sonra əri ilə bir müddət Rusiya Federasiyasında yaşamış, orada iki övladları dünyaya gəlmişdir. Bundan sonra 20056-ci il tarixdə uşaqları ilə birlikdə sözügedən gəlin köçdüyü qayınatasına məxsus evə qayıdaraq orada yaşamağa başlamışlar. X1 2023-cü il tarixdə öldükdən sonra mübahisəli ev vərəsəlik əsasında iddiaçının adına keçmişdir.Verilmiş suala cavab olaraq bildirdi ki, sözegedən yaşayış sahəsindən hər hansı kompensasiya məbləği qarşılığında çıxmağı qəbul etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu, Məşədiqaralar kəndində istifadədə olan 0,27 ha torpaq sahəsində yerləşən 140,60 kv.m mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır; Goranboy rayon VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 022239 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 ilə Cavabdeh1 arasında nikah 12 iyun 2003-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 417885 nömrəli çıxarışdan görünür ki, X12 ilə X5 arasında nikah xx.xx.1965-ci il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “ Qarayeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 322441 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə “ürək çatmamazlığı” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 854474 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2017-ci il tarixdə “beyinə qansızma” səbəbindən ölmüşdür; Qasım-İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.1965-ci ildə Qasım-İsmayılov rayonu, Məşədiqaralar kəndində doğulmuş, atası X12, anası X3r; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 228 nömrəli, 27 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 2011-ci il tarixdən hazıradək uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Goranboy rayonu Məşədiqalar kəndində qeydiyyatdadır; Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektoru E. Verdiyev adına Məşədiqaralar kənd tam orta məktəbi tərəfindən verilmiş 11 nömrəli, 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Nəsibova X2 E.Verdiyev adına tam orta məktəbdə müəllimə işləyir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 X17 (iddiaçının qardaşı) ilə 12 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və mübahisəli evdə birgə yaşmağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi iddiaçının atası X13 olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra xx.xx.2023-cü il tarixdə ev vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh1 mübahisəli evdə digər cavabdehlər iki yetkinlik yaşına çatmış övladı ilə 2005-ci il tarixdən etibarən hal-hazıradək fasiləsiz olaraq birlikdə yaşayır və başqa yaşayış yeri də yoxdur. Aralarında olan mübahisələr səbəbindən iddiaçı da hal-hazırda mülkiyyətində olan fərdi yaşayış evinə tam sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələrə baxılarkən 2009-cu il oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 2003-cü ildə rəsmi nikaha daxil olaraq Goranboy rayonu, Məşədiqaralar kəndində yerləşən qayınatasına məxsus olmuş evə gəlin köçmüş, 2005-ci ildən etibarən digər cavabdehlər olan övladları ilə birlikdə həmin evdə keçmiş mülkiyyətçinin (qayınatası) razılığı ilə fasiləsiz olaraq yaşamış və hal-hazırda da yaşamaqdadır. Göründüyü kimi mübahisəli yaşayış evindən istifadə edilməsi ilə əlaqədar tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabr 1-dən sonra 2009-cu il oktyabr 1-dən əvvəl yaranmışdır. Odur ki, tərəflər arasındakı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər (mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmuş mərhum X8 ailə üzvü olan övladı İlyas Qarayevin arvadı və övladları) sözügedən mübahisəli evə əvvəlki mülkiyyətçi X8 razılığı ilə köçüb yaşamışlar, həmin evə ailə üzvləri kimi istifadə hüquqları yaranmış və hazırda həmin yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi mülki qanunvericinin tələbinə (Mülki Məcəllə 228.4-cü maddə) görə cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün əsas ola bilməz. Bundan başqa iddiaçının cavabdehlərin 2011-ci il tarixdə mübahisəli yaşayış yeri üzrə qeydiyyata alınmasını əsas gətirərək sonunculara kompensasiya verilmədən onların və onlara məxsus əşyların sözügedən evdən çıxarılmasına yönəlik tələbi qanunvericiliyin tələblərinə zidd hesab olunur. Belə ki, Mülki Məcəllənin 228-ci maddəsində istər kompensasiyanın ödənilməsi, istərsə də, yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün qeydiyyat şərtinin olması nəzərdə tutulmamışdır. Nəzərə alsaq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunununda da yaşayış yeri üzrə qeydiyyatın qanunvericiliklə nəzərdə tutulmuş hallar xaricində hər hansı hüquqi nəticəyə səbəb ola bilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının tələbi qanunvericiliyin tələblərinə zidd olduğuna görə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinəəsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin və onlara məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar