Məhkəmə qərarları › İş №2(045)-990/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-990/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-990/2024 21.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 və vəkilləri Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarının - stenka - 1 ədəd, çarpayı -1 ədəd, qabaq stolu -1 ədəd, stul - 6 ədəd , döşək - 2 ədəd, yorğan - 2 ədəd, balınc - 4 ədəd, gəvə -1 ədəd - 2 m, ədyal - 2 ədəd , ədyal buxovıy -1 ədəd, çilçıraq -1 ədəd, ətçəkən - 1 ədəd, vaza -1 ədəd, podnos - 1 ədəd, qazan - 2 ədəd, çaydan - 1 ədəd, su qabı-1 ədəd, kasa - 3 ədəd, qaşıq - 6 ədəd, cəngəl -6 ədəd, gül qabı - 1 ədəd, yemək sevizi - 1 ədəd, kompot qabı - 1 ədəd, rumka göy rəngli - 6 ədəd, konfet qabı göy rəngli - 2 ədəd, xrustal vedrə balaca - 2 ədəd, rumka araq üçün - 5 ədəd, meyvə qabı - 2 ədəd, salfet qabı -2 ədəd, kofe qabı -1 ədəd, fincan - 2 ədəd, çaynik 1 ədəd, fincan 3 ədəd, konfet qabı 1 ədəd, 6 fincan, dəsmal - 4 ədəd bizə məxsus olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən onlara məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, onlar Goranboy rayonu Düzqışlaq kəndində yaşayırlar, onların həmin kənddə mülkiyyətində 0.1888 ha həyətyanı torpaq sahəsi və onun üzərində 115.70 kv.m fərdi yaşayış evi vardır. İddiaçı2 xx.xx.2010cu il tarixdə Cavabdeh ilə Goranboy rayon Qeydiyyat şöbəsində 263 №-li akt qeydi ilə qeydə alınmış nikah bağlamış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-102/2024 №-li qətnaməsi ilə nikah pozulmuşdur. (Nikahın pozulması haqqında Şəhadətnamə AZ-İ№ 480771, xx.xx.2024-cü il ) Ailə qurarkən Cavabdeh cehiz əşyalarını stenka - 1 ədəd, çarpayı -1 ədəd, qabaq stolu -1 ədəd, stul - 6 ədəd , döşək - 2 ədəd, yorğan - 2 ədəd, balınc - 4 ədəd, gəvə - 1 ədəd - 2 m, ədyal - 2 ədəd , ədyal buxovıy - 1 ədəd, çilçıraq - 1 ədəd, ətçəkən -1 ədəd, vaza -1 ədəd, podnos - 1 ədəd, qazan - 2 ədəd, çaydan - 1 ədəd, su qabı- 1 ədəd, kasa - 3 ədəd, qaşıq - 6 ədəd, cəngəl -6 ədəd, gül qabı - 1 ədəd, yemək sevizi - 1 ədəd, kompot qabı - 1 ədəd, rumka göy rəngli - 6 ədəd, konfet qabı göy rəngli - 2 ədəd, xrustal vedrə balaca - 2 ədəd, rumka araq üçün - 5 ədəd, meyvə qabı - 2 ədəd, salfet qabı -2 ədəd, kofe qabı -1 ədəd, fincan - 2 ədəd, çaynik 1 ədəd, fincan 3 ədəd, konfet qabı 1 ədəd, 6 fincan, dəsmal - 4 ədəd onlara məxsus olan evə yığmışdır. Hazırda Cavabdeh ilə nikahı pozulmuş, o, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində valideynlərinin yanında yaşayır. Lakin cavabdehin əşyaları onların evindədir. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını onlara məxsus olan evdən çıxartmayıb. Həmin cehiz əşyaları aşağıdakılardır: - stenka -1 ədəd, çarpayı -1 ədəd, qabaq stolu -1 ədəd, stul - 6 ədəd , döşək - 2 ədəd, yorğan - 2 ədəd, balınc - 4 ədəd, gəvə -1 ədəd - 2 m, ədyal – 1 ədəd , ədyal buxovıy -1 ədəd, çilçıraq -1 ədəd, ətçəkən -1 ədəd, vaza -1 ədəd, podnos - 1 ədəd, qazan - 2 ədəd, çaydan - 1 ədəd, su qabı-1 ədəd, kasa - 3 ədəd, qaşıq - 6 ədəd, cəngəl -6 ədəd, gül qabı - 1 ədəd, yemək sevizi - 1 ədəd, kompot qabı - 1 ədəd, rumka göy rəngli - 6 ədəd, konfet qabı göy rəngli - 2 ədəd, xrustal vedrə balaca - 2 ədəd, rumka araq üçün - 5 ədəd, meyvə qabı - 2 ədəd, salfet qabı -2 ədəd, kofe qabı -1 ədəd, fincan - 2 ədəd, çaynik 1 ədəd, fincan 3 ədəd, konfet qabı 1 ədəd, 6 fincan, dəsmal - 4 ədəd. Biz dəfələrlə cavabdehə cehiz əşyalarının çıxarılmasını təklif etmiş, o həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların onlara məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onların evdən istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 oğlu iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, vəziyyəti ağır olduğu üçün təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ona məxsus əmlakların tam şəkildə ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 2(045)-102/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində 21 iyul 2010-cu il tarixdə bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 263 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 26 aprel 2007-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 26 aprel 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı2 Cavabdeh xeyrinə hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 480771 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış nikah Goranboy rayon Məhkəməsinjin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********5-1031 reyestr nömrəli, çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Düzqışlaq kəndində 0.1888 ha torpaq sahəsinin üzərində yerləşən 115,70 kv.m. olan fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi isə İddiaçı2 mülkiyyətindədir; Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılması ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə, X1 X3 qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçılar Goranboy rayonu Düzqışlaq kəndində yaşayırlar, onların həmin kənddə mülkiyyətində 0.1888 ha həyətyanı torpaq sahəsi və onun üzərində 115.70 kv.m fərdi yaşayış sahəsi vardır. Cavabdeh ilə İddiaçı2 arasında nikah xx.xx.2010cu il tarixdə bağlanmış və onların 26 aprel 2007-ci il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Cavabdeh ailə qurduqdan sonra iddiaçılara məxsus mübahisəli fərdi yaşayış evində yaşamışdır. Hazırda cavabdehlə iddiaçı arasında bağlanmış nikah pozulmuş, faktiki olaraq ayrılmışlar və 2024-cü il tarixdən etibarən cavabdeh uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Lakin cavabdehin cehiz əşyaları hələ də iddiaçıların mülkiyyətində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Bununla da iddiaçıların öz evindən istifadə etməsində maneələr yaranmış, nəticədə iddiaçılar bu maneələrə son qoymağı məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə hesab edir ki, Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evin 2/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi isə İddiaçı2 mülkiyyətində olduğundan onlar həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdirlər. Lakin Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmirlər. Odur ki, iddiaçılar özünün mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus olan cehiz əşyaları - stenka - 1 ədəd, çarpayı -1 ədəd, qabaq stolu -1 ədəd, stul - 6 ədəd , döşək - 2 ədəd, yorğan - 2 ədəd, balınc - 4 ədəd, gəvə -1 ədəd - 2 m, ədyal - 2 ədəd , ədyal buxovıy -1 ədəd, çılçıraq -1 ədəd, ətçəkən - 1 ədəd, vaza -1 ədəd, podnos - 1 ədəd, qazan - 2 ədəd, çaydan - 1 ədəd, su qabı-1 ədəd, kasa - 3 ədəd, qaşıq - 6 ədəd, çəngəl -6 ədəd, gül qabı - 1 ədəd, yemək servisi - 1 ədəd, kompot qabı - 1 ədəd, rumka göy rəngli - 6 ədəd, konfet qabı göy rəngli - 2 ədəd, xrustal vedrə balaca - 2 ədəd, rumka araq üçün - 5 ədəd, meyvə qabı - 2 ədəd, salfet qabı -2 ədəd, kofe qabı -1 ədəd, fincan - 2 ədəd, çaynik 1 ədəd, fincan 3 ədəd, konfet qabı 1 ədəd, 6 fincan, dəsmal - 4 ədəd iddiaçılara məxsus olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan cehiz əşyaları - stenka - 1 ədəd, çarpayı -1 ədəd, qabaq stolu -1 ədəd, stul - 6 ədəd , döşək - 2 ədəd, yorğan - 2 ədəd, balınc - 4 ədəd, gəvə -1 ədəd - 2 m, ədyal - 2 ədəd , ədyal buxovıy -1 ədəd, çılçıraq -1 ədəd, ətçəkən - 1 ədəd, vaza -1 ədəd, podnos - 1 ədəd, qazan - 2 ədəd, çaydan - 1 ədəd, su qabı-1 ədəd, kasa - 3 ədəd, qaşıq - 6 ədəd, çəngəl -6 ədəd, gül qabı - 1 ədəd, yemək servisi - 1 ədəd, kompot qabı - 1 ədəd, rumka göy rəngli - 6 ədəd, konfet qabı göy rəngli - 2 ədəd, xrustal vedrə balaca - 2 ədəd, rumka araq üçün - 5 ədəd, meyvə qabı - 2 ədəd, salfet qabı -2 ədəd, kofe qabı -1 ədəd, fincan - 2 ədəd, çaynik 1 ədəd, fincan 3 ədəd, konfet qabı 1 ədəd, 6 fincan, dəsmal - 4 ədəd iddiaçılara məxsus olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar