Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-102/2023 06.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Göyçay rayonunun Xəlitli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN -277 F saylı şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı və torpağa mülkiyyət hüququna dair JN-0034 saylı dövlət aktına əsasən 2,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı3 məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə İddiaçı X9 iddianı müdafiə edərək tələblərini belə əsaslandırmışdır ki, mərhum əri İddiaçı1 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə verilmiş, Göyçay rayonunun Xəlitli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN -277 F saylı şəhadətnamə əsasən 0,31 ha həyətyanı və torpağa mülkiyyət hüququna dair JN-0034 saylı dövlət aktına əsasən 2,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri var. Ümumi birgə mülkiyyətçilərdən X8 11 aprel 2005-ci il tarixdə, X5 31 yanvar 2007-ci il tarixdə və X4 18 oktyabr 2010-cu il tarixdə və İddiaçı1 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən mərhum ərinin payının ayrılaraq öz mülkiyyətinə verilməsini istəyir. Lakin cavabdehlər buna imkan verməyərək maneələr yaradır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsində payların bölünməsinə etiraz etmir. İş üzrə digər Cavabdeh1 məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilmiş,lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki,İddiaçı1 ilə İddiaçı2 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar. Məhkəməyə təqdim edilmiş X7 surətindən görünür ki, İddiaçı3 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN -277 F saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsi X2, X3, X1, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN-0034 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.87 ha kənd təsərrüfatlı torpaq sahəsi X2, X3, X1, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçılar iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçı öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Göyçay rayonu Xəlitli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.31 ha həyətyanı torpaq sahəsinin və 2.87 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Hüquqların torpağın mülkiyyətə verilməsinə dair JN -277 F saylı şəhadətnaməyə əsasən Göyçay rayonu Xəlitli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.31 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/6 hissədə payı və torpağa mülkiyyət hüququna dair JN-0034 saylı dövlət aktına əsasən Göyçay rayonu Xəlitli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2.87 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/6 hissədə payı ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-102/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-102/2023
06.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver