Məhkəmə qərarları › İş №2(046)-1503/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1503/2022

30.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1503/2022 30.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mütəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X1, X2, X8, X9, X4 və Göyçay rayon Notariat Kontoruna qarşı torpaq sahəsinin bölünməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə mirasın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mütəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X1, X2, X8, X9, X4 və Göyçay rayon Notariat Kontoruna qarşı torpaq sahəsinin bölünməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mütəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X1, X2, X8, X9, X4 və Göyçay rayon Notariat Kontoruna qarşı torpaq sahəsinin bölünməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi iddiaçıların ərizəsinə əsasən baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM İbrahim Fəttahov № 2(046)-977/2020 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 06 avqust 2020-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər X5, X11 və X6 qarşı kredit borcunun qaytarılması tələbinə qarşı dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 15:50-də məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən iddia ərizəsini və iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edir, qərardadın məzmununu, ondan şikayət etmə müddəti və qaydalarını izah edir. Məhkəmə iclası saat 15:55-də bağlı elan olunur. Protokol 06 avqust 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar