Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-141/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar X3, X4 və Cavabdeh iştirakı ilə, iddiaçılar X3, X4 Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçılar X12 və X13 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********86- 10301 nömrə ilə qeydiyyatdan keçmiş 0.23 ha həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar X12 və X13 iddianı müdafiə edərək tələblərini belə əsaslandırmışdır ki, mərhum anaları X8 23 fevral 1992-ci il tarixdə vəfat etmişdir. Mərhum analarından ümumi birgə mülkiyyətdə olan 0,23 ha torpaq sahəsinin 1/9 hissəsi və sahəsi 130,20 kvm olan yaşayış evi miras qalmışdır.(daşınmaz əmlakın dövlət reyestrindən çıxarış № **********86-10301) Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində iddiaçı X4, X5, X1 və X2, X9, X6 və X7, X10 payları var. Ümumi-birgə mülkiyyətçilərdən X16 20 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra arvadı X14 azyaşlı uşaqları ilə birlikdə miras evdə yaşayırlar. Mərhum qardaşları X10 arvadı X14 ilə münasibətləri normal olmadığı üçün onun mərhum əri ilə ümumi-birgə mülkiyyətdə olan miras torpaq sahəsindən istifadə edə və həmin torpağa dair sərəncam verə bilmirlər. Hətta miras əmlaka hüquq müəyyənedici sənədlər hazırlamaq üçün inventarlaşdırma işləri aparılarkən mütəxəssislərə maneələr yaratmış və inventarlaşdırma işləri məhkəmə qətnaməsinin icrası qaydasında aparılmışdır. Cavabdeh Günel Tarverdiyevə əmlakdan istifadələrinə mane olduğu üçün Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Qanunvericiliklə qorunan hüquqlarımız pozulur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsində payların bölünməsinə etiraz etmir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilmiş,lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********86-10301 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.23 ha torpaq sahəsi X4, X5, X1 X2, X9, X6,X7 və X10 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçı öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar X3, X4 Cavabdeh qarşı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonu 1-ci ərəbcəbirli kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 0.23 ha həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia təmin edilsin. İddiaçılar X3, X4 Cavabdeh qarşı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.23 ha həyətyanı torpaq sahəsi üzərində nülkiyyətçilərin 1/9 hissədə payı ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-141/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-141/2023
26.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver