Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1030/2020 07.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 510 sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X6 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan bir müddət sonra ailə münasibətləri pozulmuş, buna görə də məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar onun himayəsində qalmışdır. Uşaqların maddi tələbartlarını ödəyə bilmir. Cavabdeh uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. Məhkəmə baxışı zamanı cavabdehlə üç uşağın saxlanması üçün cavabdehdən 70 manat məbləğində cəmi 210 manat alimentin tutularaq ona verilməsi barədə razılığa gəlmişlər. Buna görə də iddianın göstərilən həddən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, birgə nikahdan xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X6 anadan olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı ilə üç uşağın saxlanması üçün ondan 70 manat məbləğində cəmi 210 manat alimentin tutulması barədə razılığa gəlmişlər. Buna görə də iddianın bu hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X8 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə 71 nömrə ilə Göyçay Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar İddiaçı himayəsində qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrı yaşayır, azyaşlı uşaqlar iddiaçının yanında qalır. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixdə andan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən etibarən hər ay hər uşağa görə 70 manat olmaqla cəmi 210 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə andan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 manat cəmi 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdehdan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1030/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1030/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver