Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1088/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 22.01.2020-ci tarixli 2(046)-87/2020 saylı qətnaməsi ilə üç uşağın saxlanılması üçün hər ay hər uşağa görə tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 22.01.2020-ci tarixdə qəbul etdiyi qətnaməyə əsasən 08.05.2010-cu il təvəllüdlü X1, 26.06.2013cü il təvəllüdlü X3 və 11.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 480 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir.Qeyd edilən məhkəmə qətnaməsi qəbul edilərkən, Göyçay RPŞ-də işləmiş, aylıq əmək haqqı 900 manat olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 22.01.2020-ci tarixli 2(046)- 87/2020 saylı qətnaməsindən görünür ki, 08.05.2010-cu il təvəllüdlü X1, 26.06.2013-cü il təvəllüdlü X3 və 11.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı maddi vəziyyətində hər hansı bir dəyişikliyin olduğunu təsdiq edən və cavabdehin xeyrinə tutulan alimentin miqdarının azadılmasına əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Göyçay Rayon Məhkəməsinin 22.01.2020ci tarixli 2(046)-87/2020 saylı qətnaməsi ilə 08.05.2010-cu il təvəllüdlü X1, 26.06.2013-cü il təvəllüdlü X3 və 11.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. İddiaçı Göyçay Rayon Məhkəməsinin 22.01.2020-ci tarixli 2(046)-87/2020 saylı qətnaməsi ilə 08.05.2010-cu il təvəllüdlü X1, 26.06.2013-cü il təvəllüdlü X3 və 11.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1088/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1088/2021
15.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver