Məhkəmə qərarları › İş №2(046)-1132/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1132/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1132/2021 21.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə Göyçay şəhərində 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏYYƏN ET Dİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.11.2019-cu il tarixdə anadan olmuş oğlu X2 atası olması faktının müəyyən edilməsi və uşağın saxlanması üçün cavabdehdən hər ay 180 manat, Onurun 3 yaşınadək saxlanması üçün 50 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Rafiq oğlu ilə 2018-ci il tarixdən 2020-ci il tarixədək faktiki ər-arvad münasibətlərində olmuş, 08.11.2019-cu il tarixdə X3 adında uşağı anadan olmuşdur. Uşağın atası cavabdeh olmasına baxmayaraq, atalığın qeydiyyatı barədə Göyçay rayon qeydiyyat şöbəsinə ərizə verməkdən imtina edir və uşağın saxlanılması üçün maddi cəhətdən köməklik göstərmir. Buna görə də Cavabdeh 08.11.2019-cu il tarixdə anadan olmuş oğlu X2 atası olması faktının müəyyən edilməsi, uşağın saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin və Onurun üç yaşına çatanadək saxlanması üçün 50 manat alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Rafiq oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ilə 2018-ci ildən 2020-ci il tarixədək faktiki ər-arvad münasibətlərində olmuşlar. 08.11.2019-cu il tarixdə anadan olmuş X2 atası olduğunu etiraf edir. Lakin uşağın saxlanması üçün 180 manat, üç yaşına çatandək saxlanması üçün isə 50 manat alimenti ödəməyə maddi imkanı yoxdur. İş üzrə tərəflərin izahatının dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia atalığın müəyyən edilməsi tələbinə dair hissədə tam, alimentə dair hissədə isə qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışdan görünür ki, X3 08.11.2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh və ana qrafasında İddiaçı kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı atalıq faktının etiraf olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməz. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1.-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar və Süleymanov X6 etirafı, cavabdehin 08.11.2019-cu il tarixdə anadan olmuş azyaşlı X2 atası hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 84.2.2-ci maddəsinə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən maddi köməkliyi məhkəmə yolu ilə tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Süleymanov X5 hər ay 180 manat məbləğində alimentin, azyaşlı uşağın 3 yaşına çatandək saxlanması üçün 50 manat məbləğində alimentin tutulmasına əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Süleymanov X6 08.11.2019-cu il tarixdə anadan olmuş X2 atası olması faktı müəyyən edilməli, Süleymanov X5 08.11.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə sabit pul məbləğində hər ay 100 manat, X2 üç yaşına çatanadək saxlanması üçün 20 manat məbləğində aliment tutulmalıdır. Aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Süleymanov X5 illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: İddia qismən təmin edilsin. Süleymanov X6 08.11.2019-cu il tarixdə anadan olmuş X2 atası olması faktı müəyyən edilsin. Bu qətnamə 08.11.2019-cu il tarixdə anadan olmuş X2 doğum haqqında qeydində müvafiq dəyişikliklər edilməsi və doğum haqqında şəhadətnamədə atasının Cavabdeh qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası atalığın müəyyən edilməsinə dair hissədə Göyçay rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Süleymanov X5 08.11.2019-cu il tarixdə anadan olmuş X1 üçün 21.04.2021-ci il tarixdən etibarən hər ay 100 manat məbləğində aliment, X2 üç yaşına çatanadək 20 manat aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin tutulması dərhal icra edilsin. Süleymanov X5 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin icrası aliment tələbi hissədə Süleymanov X6 yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar