Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1147/2025 23.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına catanadən saxlanması üçün hər ay minimum əmək haqqının 0.61 misli həddində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 himayəsinə verilməsi və birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat alimentin tutulmasını xahiş etmişdir. Mülki iş Göyçay rayon Məhkəməsinin hakimi X2 icraatındadır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və alimentin tutulması tələbi eyni növlü işlərdir. Aşağıdakı göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki işlər bir icraata birləşdirilməli, bir icraatda baxılmalıdır. Tərəflər məhkəmə iclasında işlərin bir icraata birləşdirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və alimentin tutulması tələbi bir-biri ilə əlaqəli olduğundan, mülki iş baxılması üçün Göyçay rayon Məhkəməsinin hakimi X4 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və alimentin tutulması tələbi bir-biri ilə əlaqəli olduğundan, mülki iş baxılması üçün Göyçay rayon Məhkəməsinin hakimi X4 verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1147/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1147/2025
23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver