Məhkəmə qərarları › İş №2(046)-1149/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1149/2020

09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1149/2020 09.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bir uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə iddiaçı xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X7 anadan olmuşdur. İki ay müddətdir ki cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı Milay iddiaçının himayəsindədir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşaqla maraqlanmamış, uşağın saxlanılması üçün maddi kömək göstərməmişdir. İddiaçı azyaşlı uşağı saxlamaqda maddi çətinlik çəkir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından X7 anadan olmuşdur. Cavabdeh günəmuzd fəhlə işləyir, aylıq qazancı qeyri-müəyyəndir. Cavabdehdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən tələbkar X5 xeyrinə də 160 manat aliment tutulur. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Bayramova (Rəhimova) Kəmalə Ramiz qızı arasında xx.xx.2018-ci il tarixdə 76 nömrəli qeyd ilə Ucar rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş X4 təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3431/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Cavabdeh tələbkar X6 hər ay 160 manat aliment ödənilir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrı yaşayırlar, azyaşlı Milay iddiaçının yanında yaşayır. Cavabdeh azyaşlı uşağın saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər ay 170 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən etibarən hər ay 120 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdan xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamənin icrası Cavabdehın yaşadığı ərazi üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar