Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1198/2024 23.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Beynəlxalq Bankı ASC-yə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Hərrac Mərkəzi” "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16- saylı Ucar Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nə yüklü edilməsi barədə ipoteka müqaviləsinə xitam verilməsi və ünvan 1 ünvanda yerləşən mənzil (ipoteka ilə) yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Göründüyü kimi İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini və ipoteka predmentinin yüklülükdən azad edilməsini xahiş edir. İş üzrə digər cavabdehlərə qarşı isə tələb irəli sürməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddiasına, Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanıolduğun yerin məhkəməsində baxılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanı ünvan 2 əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Beynəlxalq Bankı ASC-yə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Hərrac Mərkəzi” "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16- saylı Ucar Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1198/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1198/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver