Məhkəmə qərarları › İş №2(046)-12/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-12/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-12/2022 10.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X13 katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi X9 iştirakı ilə, AccessBank QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi, İddiaçı Cavabdeh1 cavabdеh AccessBank QSC-yə qarşı razılaşmaları üzrə ödənişin ödənilməsi ilə bağlı yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiaları üzrə mülki işə Göyçay rayоn Məhkəməsinin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyənetdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 006R********** saylı kredit razılaşması üzrə 4700 ABŞ dolları məbləğində əsas borc, 35859.45 ABŞ dolları məbləğində faiz borcu, 85053.32 ABŞ dolları cərimə borcu olmaqla cəmi 125612.77 ABŞ dolları kredit borcunun, 06R000017379 saylı kredit razılaşması üzrə 5772.77 ABŞ dolları məbləğində əsas borc, 29073.14 ABŞ dolları məbləğində faiz borcu və 70141.28 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 104987.19 ABŞ dolları kredit borcunun, 006R********** saylı kredit razılaşması üzrə 23789.80 ABŞ dolları məbləğində əsas borc, 36717.36 ABŞ dolları məbləğində faiz borcu, 85791.61 ABŞ dolları cərimə borcu olmaqla cəmi 146298.77 ABŞ dolları kredit borcunun, 006R********** saylı kredit razılaşması üzrə 28634.87 ABŞ dolları məbləğində əsas borc, 39760.52 ABŞ dolları məbləğində faiz borcu, 91547.53 ABŞ dolları cərimə borcu olmaqla cəmi 159942.92 ABŞ dolları kredit borcunun və 06R000011225 saylı kredit razılaşması üzrə 0.01 ABŞ dolları məbləğində əsas borc, 20032.18 ABŞ dolları məbləğində faiz borcu, 49379.82 ABŞ dolları cərimə borcu olmaqla cəmi 69412.01 ABŞ dolları kredit borcunun ümumilikdə hər beş kredit razılaşması üzrə 606253.66 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış binalarının və fərdi yaşayış evini açıq hərracdan satılması, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X4, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X2, X5 və X6 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 məhkəməyə iddia ərizəsi ilə müracət edərək cavabdeh AccessBank QSC ilə aralarında bağlanmış kredit razılaşmaları üzrə ödənişlərini öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməyinə mane olan hərəkətlərinin qanunsuz sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı AccessBank QSC-nin nümayəndəsi qismində izahat vermiş X12 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 06R000011225 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 160.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 06R000017379 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 55.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.4167 faiz olmaqla 24 ay müddətinə 40.000 ABŞ dolları kredit verilmişdir.Bundan başqa xx.xx.2015-ci il tarixli 006K**********01 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.9167 faiz olmaqla 12 ay müddətinə 10.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə xx.xx.2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdeh “Cavabdeh2 Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını, eləcə də X8 arasında xx.xx.2014cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdeh “Cavabdeh1 Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya hər beş kredit razılaşması üzrə cəmi 606.253.66 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 20 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 42 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 iddia ərizəsində göstərmişdir ki,xx.xx.2008-ci il tarixdə AccessBank QSC ilə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 06R000011225 saylı kredit razılaşmasına əsasən ona aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 160.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 06R000017379 saylı kredit razılaşmasına əsasən ona aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 55.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən ona aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən ona aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən ona aylıq 1.4167 faiz olmaqla 24 ay müddətinə 40.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli 006K**********01 saylı kredit razılaşmasına əsasən ona aylıq 1.9167 faiz olmaqla 12 ay müddətinə 10.000 ABŞ dolları kredit verilmişdir. Hesab edir ki, ödənişləri Azərbaycan manatı ilə olduğundan kredit ödənişini manatla ödəməlidir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. İş üzrə AccessBank QSC-nin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, AccessBank QSC-nin iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh1 iddiası rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2008-ci il tarixdə kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli 06R000011225 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 160.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 06R000017379 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 55.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.4167 faiz olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.4167 faiz olmaqla 24 ay müddətinə 40.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və Cavabdeh1 məxsus Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ərizələr Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmetləri olan daşınmaz əmlaklaraa tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 40 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və Cavabdeh1un mülkiyyətində olan Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 kredit razılaşmaları üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını və Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış binalarını, qeyri-yaşayış sahəsini və fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin xx.xx.2022-ci il tarixli M/41 saylı rəyindən görünür ki Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 60.000 manat, likvid dəyəri 45.000 manat, Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını bazar dəyəri 140.000 manat, likvid dəyəri 120.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2668 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 AccessBank QSC olan borcunun hesablanması mümkün olmamışdır. Aparılmış ekspertizaların xərci 30 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7801 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka 06R000011225 saylı kredit razılaşması üzrə 2794.09 ABŞ dolları əsas kredit borcu, 06R000017379 saylı kredit razılaşması üzrə 16572.77 ABŞ dolları əsas kredit borcu, 006R********** saylı kredit razılaşması üzrə 23789.90 ABŞ dolları əsas kredit borcu, 006R********** saylı kredit razılaşması üzrə 36734.87 ABŞ dolları əsas kredit borcu və 006R********** saylı kredit razılaşması üzrə 23789.90 ABŞ dolları əsas kredit borcu,17516.02 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış ekspertizaların xərci 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən 006R********** saylı kredit razılaşması üzrə 85053.32 ABŞ dolları, 06R000017379 saylı kredit razılaşması üzrə 104987.19 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 85791.61 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 91547.53 ABŞ dolları və 06R000011225 saylı kredit razılaşması üzrə 49379.82 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşmaları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 006R********** saylı kredit razılaşması üzrə 01 ABŞ dolları, 06R000017379 saylı kredit razılaşması üzrə 01 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 01 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 01 ABŞ dolları və 06R000011225 saylı kredit razılaşması üzrə 01 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 30 manat dövlət rüsumu, 42 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu, 84 manat xidmət haqqı və dövlət rüsumunun kəsiri olan 10 manat cavabdeh X7 aid edilməli, 230 manat ekspertiza xərclərinin İddiaçı QSC-yə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılması, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə baxışı zamanı Cavabdeh1 AccessBank QCS-yə olan borcunun Azərbaycan manatı ilə ödənilməsinə əsas verə bilən heç bir sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 AccessBank QCS-yə qarşı iddiası təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06R000011225 saylı kredit razılaşması üzrə 0.01 ABŞ dolları əsas kredit borcu, 20032.18 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 20033.19 ABŞ dolları kredit borcu, 06R000017379 saylı kredit razılaşması üzrə 5772.77 ABŞ dolları əsas kredit borcu, 29073.14 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 34846.91 ABŞ dolları kredit borcu, 006R********** saylı kredit razılaşması üzrə 23789.80 ABŞ dolları əsas kredit borcu, 36717.36 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 60508.16 ABŞ dolları,006R********** saylı kredit razılaşması üzrə 28634.87 ABŞ dolları əsas kredit borcu, 39760.52 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 68396.39 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 4700 ABŞ dolları əsas kredit borcu, 35859.45 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 40565.45 ABŞ dolları kredit borcu ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 42 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evininə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməli və ipoteka ilə yüklü edilmiş cavabdeh X10 məxsus Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış binasının ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilməli, qeyri-yaşayış binası, sahəsi və fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlaklar boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 230 manat İddiaçı QSC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06R000011225 saylı kredit razılaşması üzrə 0.01 ABŞ dolları əsas kredit borcu, 20032.18 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 20033.19 ABŞ dolları kredit borcu, 06R000017379 saylı kredit razılaşması üzrə 5772.77 ABŞ dolları əsas kredit borcu, 29073.14 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 34846.91 ABŞ dolları kredit borcu, 006R********** saylı kredit razılaşması üzrə 23789.80 ABŞ dolları əsas kredit borcu, 36717.36 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 60508.16 ABŞ dolları,006R********** saylı kredit razılaşması üzrə 28634.87 ABŞ dolları əsas kredit borcu, 39760.52 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 68396.39 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 4700 ABŞ dolları əsas kredit borcu, 35859.45 ABŞ dolları faiz borcu, 01 ABŞ dolları cərimə borcu olmaqla cəmi 40565.45 ABŞ dolları kredit borcu ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, 42 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay şəhəri S.Xəlilov küçəsi 5, 2-ci döngədə 2 mərtəbəli, 246.3 kv.m ümumi, 104.9 kv.m yaşayış, 141.4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evininə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilsin, tutma cavabdeh X10 məxsus Göyçay şəhəri R.Rza küçəsində 17 girişli, 410.1 kv.m ümumi, 410.1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış binasının ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. Qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 230 manat İddiaçı QSC-dən, alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddiaçı Cavabdeh1 AccessBank QSC-yə qarşı kredit razılaşmaları üzrə ödənişlərini öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməyinə mane olan hərəkətlərinin qanunsuz sayılmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar