Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1224/2024 26.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh Surxay qızına qarşı alimentin azaldılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Surxay qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair mülki işə baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan Cavabdeh Surxay qızının xeyrinə Şəki Apellyasiya Məhkəməsinin 2(046)-1666/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay qazancının və digər gəlirlərinin ¼ miqdarında tutulan alimentin miqdarının azaldılaraq hər ay 250 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Surxay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsini və qızı X1 üçün tutulan alimentin miqdarının artırılaraq İddiaçı hər ay bütöv qazancının 1/3 hissəsi məbləğində müəyyən edilməsini xahiş etmişdir. işin halları: İlkin iddia üzə iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X5 ilə aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (046)- 235/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nigah pozularkən birgə nigahdan olan xx.xx.2015- ildə anadan olmuş X4 yetkinlik yaşına qədər saxlanılması üçün ayda 130 manat aliment tutulması qət edilmişdir. Cavabdeh X2 şikayəti vermiş, Şəki Apellasiya Məhkəməsinin 2(107)-1666/2019 saylı xx.xx.2019 tarixli qətnaməsinə əsasən tutulan aliment məbləğinin miqdarı artırılaraq bütün növ qazancımın ¼ miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən aliment miqdarı təyin olunan zaman yüksək əmək haqqı olan işdə işləmiş, rəsmi nigaha daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə X11 ilə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2022-ci ildə X8, və xx.xx.2023-cü ildə X9 anadan olmuşur. Hal hazırda hərbiçi zabit kimi Şəmkir rayonunda “N” saylı hərbi hissədə avtomobil rəisi kimi xidmət göstərir. Vəzifə maaşı aliment və bütün vergilər çıxıldıqdan sonra 860.20 manat təşkil edir. İl ərzində bir dəfə 679 manat məzuniyyət pulu, 846 manat maddi yardım ödənilir. Digər gəliri yoxdur. Uzun müddətli gərgin hərbi xidmət səhhətində ciddi dəyişikliklərə səbəb olduğuna görə daimi müalicəyə ehtiyacı var. Həyat yoldaşı işləmir. Kirayədə qalır. Bu səbəblərdən aldığı maaşla ailənin ehtiyacını ödəyə bilmir. Qarşılıqlı iddia üzə iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən verilmiş əsassız iddia tələbi ilə azyaşlı qızı Məryəm Cəbrayılovanın konstitusion hüquqları kobud şəkildə pozulduğundan və övladının layiqli həyat şəraitinin təmin edilməsi üçün hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azyaşlı qızı Məryəm Cəbrayılovanın yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehin gəlirinin ¼ hissəsində tutulan alimentin miqdarının azaldılması az yaşlı qızının həyat səviyyəsinə, maddi və məişət şəraitinə sözsüz ki, mənfi təsir edəcəkdir. Hazırda da iddiaçının maddi imkanı, dolanışıq səviyyəsi kifayət qədər yaxşıdır. Belə ki, Şəmkir rayonunda N saylı hərbi hissədə hərbiçi zabit kimi xidmət göstərir. Dövlət tərəfindən hərbiçilərə xüsusi diqqət və qayğı göstərilməkdədir. Eyni zamanda bildirir ki, iddiaçı öz iddia ərizəsində qızı Məryəm Cəbrayılovanın saxlanılması üçün tutulan alimentin miqdarının azaldılmasının bir əsası kimi yenidən rəsmi nikaha girdiyini və həmin nikahdan iki övladının dünyaya gəlməsini göstərmişdir. Qanunvericiliyinin tələblərinə və ümumi məhkəmə təcrübəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün əsas hesab edilmir. Bundan başqa iddiaçının ərizəsində özünün kirayədə yaşamasını da alimentin azaldılması üçün əsas hesab etməsi də gülüncdür. Belə ki, kirayədə yaşayan hərbi qulluqçulara kirayə haqqları ödənilir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1666/2019 saylı, xx.xx.2019-cıı il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş qızı X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay bütün növ qazancının ¼ hissəsində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hal-hazırda qızı Məryəm Cəbrayılovanın 9 yaşı vardır və Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş cavadehin bütün növ qazancının ¼ hissəsindən tutulan aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bazar iqtisadiyyatının günü-gündən həyatımızın hər hissəsinə təsirinin artması, insan həyat səviyyəsinin, lazımı ehtiyaclarının bahalaşması hazırki dövrdə cavadehin gəlirinin ¼ hissəsi tutulan aliment məbləği ilə qızı Məryəm Cəbrayılovanın qayğısına qalmaq, onun tələbatlarını ödəmək qeyri-mümkündür. Belə ki, qızı orta məktəbdə təhsil alır və buna görə də onun məsrəfləri yetərincə artmışdır. Övladının bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə övladı atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı lazimi diqqət və qayğı göstərmir. Eyni zamanda qızı birlikdə kirayədə yaşayır, kirayə pulunun verilməsi, həm gündəlik yemək, geyim və digər təlabatların ödəmək üçün artıq qeyri-mümkün hala gəlməkdədir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Övladımın sağlam böyüdülməsi, müstəqil həyata hazırlanması, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi üçün, həmçinin yüksək mənəviyyatlı, hərtərəfli, vətəninə, millətinə və dövlətinə layiqli bir şəxsiyyət kimi formalaşması üçün hazırki aliment məbləğinin artırılması olduqca vacibdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmarayaq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilikn və qarşılıqlı iddialar rədd edilməlidir. mülki işdə olan sənədlər: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1666/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli N saylı hərbi hissəsinin arayışından görünür ki, İddiaçı aylıq məvacibi bütün vergilər çıxıldıqdan sonra 1146.93 manat təşkil edir. İl ərzində 679 manat məzuniyyət pulu, 846 manat maddi yardım ödənilir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X9 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı,anası X6r. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. İlkin iddia üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı aylıq 1146.93 manat məvacib alır. İddiasının əsası kimi yenidən ailə qurmasını, həmin nikahdan bir uşağının anadan olmasını əsas gətirir. Məhkəmə hesab edir ki, İddiaçı yenidən ailə quraraq bir uşağının anadan olması digər uşağının saxlanması üçün tutulan alimentin azaldılmasına əsas ola bilməz. Eləcə də İddiaçı maddi vəziyyətində hər hansı bir dəyişikliyin olduğunu təsdiq edən və Cavabdeh Cavanşir qızının xeyrinə tutulan alimentin miqdarının azadılmasına əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1666/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılmasına əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində hər ay aliment tutulur. Belə olan halda məhkəmə hesab edir ki, İlkin iddia üzrə İddiaçı Cavabdeh Surxay qızına qarşı alimentin azaldılması,Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Surxay qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair ərizələri rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia rədd edilsin. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan Cavabdeh Surxay qızının xeyrinə Şəki Apellyasiya Məhkəməsinin 2(046)-1666/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay qazancının və digər gəlirlərinin ¼ miqdarında tutulan alimentin miqdarının azaldılaraq hər ay 250 manat müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Surxay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsini və qızı X1 üçün tutulan alimentin miqdarının artırılaraq İddiaçı hər ay bütöv qazancının 1/3 hissəsi məbləğində müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1224/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1224/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver