Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1251/2023 13.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində, xx.xx.2023-cü il tarixdən sonra qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması, mediasiya üçün ödənilmiş 50 manat pul vəsaitinin və iddia ərizəsinin yazılması üçün ödənilmiş 50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 115/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuşdur, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009- cu il təvəllüdlü X6 İddiaçı yanında saxlanılmışdır. Cavabdeh ona uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Yetkinlik yaşına çatmamış uşaqları hal-hazırda maddi cəhətdən çətinlik çəkirlər. Hal-hazırda uşaqların tələbatını tək ödəməyi mümkün deyil. Cavabdeh Göyçay rayonu Yekəxana kənd orta məktəbinin direktorudur, aylıq sabit gəliri mövcuddur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və bildirdi ki, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hazırda təmsil etdiyi iddiaçının himayəsində yaşayır. Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş qızı X1 il üçün 1800 manat təhsil haqqını ödəmişdir. Bundan başqa uşaqların saxlanması üçün iddiaçıya əlavə heç bir maddi köməklik göstərməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə ilə müraciət bildirmişdir ki, qızı X2 təhsili ilə əlaqədar olaraq illik 1800 manat təhsil haqqını ödəmiş, özu isə Göyçay şəhərində kirayədə yaşayır, yaşayış səviyyəsi ağır olduğu üçün bankdan 13000 manat kredit götürmüş, hər ay 400 manat kredit ödənişi edir. İddiaçı hazırda uşaqları ilə birgə anasına məxsus fərdi yaşayış evində yaşayır. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(046)-115/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003- cü il tarixdə Göyçay rayon İHB-nin Qaraməryəm kənd İƏD üzrə nümayəndəliyində 22 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 cavabdeh İddiaçı yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2005-ci il tarixdə X4 və xx.xx.2009cu il tarixdə X6 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İbadov X5 rayonu Yekəxana kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir, aylıq 866.25 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş mediator Akif Kərimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Qeyd: Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat Bakı şəhər 31 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1,76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda,2 uşağa görə –qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə Cavabdeh uşaqlarını saxlamaq,uşaqlar üçün yaşayış minimumu ilə müəyyən edilmiş məbləğdə aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb,hesab edir ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixədək hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən hesablanmalı, beləliklə də iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardım üçün ödənilmiş 50 manat pulun, məhkəmə xərci hesab edilərək cavabdehdən alınaraq ona verilməsi hissədə tələbi təmin edilməməlidir. Belə ki, vəkilin göstərdiyi hüquqi yardıma görə tərəflər arasında müqavilə bağlanılır və müqavilə ilə müəyyən edilmiş xərclər ödənilir. Hazırki iş üzrə İddiaçı ilə vəkil arasında müqavilə bağlanmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixədək hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 45 manat 98 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1251/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1251/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver