Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1256/2020 06.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki uşağın saxlanması üçün hər ay ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxxx 2014-cü il tarixdə nikah bağlamışdır. Birgə yaşadığı müddətdə xx xxxxxxx 2015-ci il tarixdə X4 və xx xxxxxx 2017-ci il tarixdə X3 anadan olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Birgə nikah dövründə anadan olmuş hər iki övladı ayrıldığı gündən onunla birgə valideyinlərinin evində yaşayır. Cavabdeh uşaqların saxlanması üçün könüllü olaraq aliment ödəmir. Buna görə də aliment tələb edir. Cavabdeh iki mərtəbəli iaşə müəssisəsi işlətməklə böyük məbləğdə qazanc eldə edir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı tələbini mülkiyyətində torpaqların olması, özünə məxsus iki mərtəbəli iaşə müəssisəsi işlətməklə böyük məbləğdə qazanc əldə etməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı tələbini əsaslandırdığı bu hala dair sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, xx xxx 2013cü il tarixdən işsizdir və atasına məxsus təsərrüfatda işləməklə özünü maddi cəhətdən çətinliklə təmin edir. İddiaçının guya icarəyə verdiyini bildirdiyi obyekt boşdur və həmin obyektdən gəlir əldə etmir. Bu səbəbdən də iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında Göyçay rayon Qeydiyyat Şöbəsində 373 saylı akt qeydi ilə xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ayrı yaşayırlar, azyaşlı uşaqlar iddiaçının yanında yaşayır. Cavabdeh azyaşlı uşaqlarının saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər ay hər uşağa görə 200 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan yəni xx.xx.2020-ci il tarixdən etibarən hər ay hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1256/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1256/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver