Məhkəmə qərarları › İş №2(046)-1273/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1273/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1273/2021 24.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı Keser Özerin Cavabdeh qarşı pul və iddiaçı Cavabdehlər İddiaçı, X1 və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlərə Göyçay şəhərində 24 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Keser Özer iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 57000 (əlli yeddi min) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah müddətində ** TP *** dövlət qeydiyyat nişanlı FORD EXPLORER MİNİK, istehsal ili 2014, rəngi qara metallik, Mühərrik № GC62498, BAN № 1FM5K8F8XEGC62498 avtomobilin 04.04.2019-cu il tarixdə özkəninkiləşdirilərkən dəyəri olan 44000 manatın ½ hissəsinin, eyni zamanda ünvan 1 ünvanda yerləşən mənzilin satışından əldə edilmiş və cavabdehdə olan 100000 manatın ½ hissəsinin Keser Özerdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Keser Özerin Cavabdeh qarşı pul və iddiaçı Cavabdehlər İddiaçı, X1 və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işlər bir icraatda birləşdirilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar