Məhkəmə qərarları › İş №2(046)-1349/2022

Göyçay Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(046)-1349/2022

06.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göyçay rayonu İş № 2(046)-1349/2022 06.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Kreditor ASC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor ASC-nin Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək 1030.44 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən ödədiyi 20 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci ildə anadan olmuş Borclu ünvan 2 ünvanında yerləşən Kreditor ASC-nin xeyrinə 1030.44 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim İbrahim Fəttahov İş № 2(046)-1191/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 27 aprel 2021-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Kreditor ASC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə Göyçay Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxılır. Sədrlik edən saat 12:00-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən iş materiallarını araşdırır, sənədlər hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra məhkəmə əmri elan edilir. Məhkəmə iclası saat 12:05-də bağlı elan olunur. Protokol 27 aprel 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ 2300 Göyçay şəhəri N.Nərimanov küçəsi 56 Tel: № 02027-4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan İş № e-2(046)-557/2021 xx.xx.2021-ci il ünvan 3 ünvanında yerləşən Kreditor ASC-yə ünvan 4 yaşayan Borclu Göyçay Rayon Məhkəməsinin 2(046)-1191/2021 saylı, xx.xx.2021-ci il tarixli əmri məlumat üçün Sizə göndərilir. Qoşma: Əmr - 2 (iki) vərəqədə Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar