Məhkəmə qərarları › İş №2(046)-1351/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1351/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1351/2022 07.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək Abudllayeva Hicran Gülməmməd qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3908.72 manat əsas kredit borcu, 4.85 manat faiz borcu, 9.66 manat cərimə borcu olmaqla, cəmi 3923.23 manat kredit borcunun və 59.53 manat məbləğində dövlət rüsumunun tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı BOKT MMC-nin nümayəndəsi teleqram ilə müraciət edərək mülki işin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı BOKT MMC tələbi belə əsaslandırmışdır ki, cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı ilə İddiaçı BOKT MMC arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinə əsasən Abudllayeva Hicran Gülməmməd qızına illik 01 faiz olmaqla 33 ay müddətinə 4252 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Abudllayeva Hicran Gülməmməd qızının banka 3908.72 manat əsas kredit borcu, 4.85 manat faiz borcu, 9.66 manat cərimə borcu olmaqla, cəmi 3923.23 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 59.53 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Abudllayeva Hicran Gülməmməd qızı arasında illik 01 faiz olmaqla 33 ay müddətinə 4252 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı BOKT MMC ilə Abudllayeva Hicran Gülməmməd qızı arasında illik 01 faiz olmaqla 33 ay müddətinə 4252 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh3 və Cavabdeh2bankla zaminlik müqaviləsi bağlamış, cavabdeh Abudllayeva Hicran Gülməmməd qızının kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 59.53 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 59.53 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin iddiası təmin edilməli, cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3908.72 manat əsas kredit borcu, 4.85 manat faiz borcu, 9.66 manat cərimə borcu olmaqla, cəmi 3923.23 manat kredit borcu, iddiaçı tərəfindən ödənilmiş 59.53 manat dövlət rüsumu alınaraq Azmikroinvest BOKT MMC-yə ödənilməli və xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqaviləsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3908.72 manat əsas kredit borcu, 4.85 manat faiz borcu, 9.66 manat cərimə borcu olmaqla, cəmi 3923.23 manat kredit borcu, iddiaçı tərəfindən ödənilmiş 59.53 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nin hesabına keçirilsin. İddiaçı Azmikroinvest BOKT MMC ilə cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi və Cavabdeh3 ə Cavabdeh2 ilə həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ləğv edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar