Məhkəmə qərarları › İş №2(046)-657/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-657/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-657/2024 28.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Göyçay Rayon Məhkəməsinin 2(046)-5124/2016 saylı 30 dekabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə 1765.82 ABŞ dolları əsas borc, 2000 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4065.82 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Göyçay rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair Göyçay Rayon Məhkəməsinin 2(046)-5124/2016 saylı 30 dekabr 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İlk iddiaçı "xxxx" ASC əsl İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 83 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 36 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilə şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Hal-hazırda borcluların "xxxx" ASC-yə 1765.82 ABŞ dolları əsas borcu, 2000 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 4065.82 ABŞ dolları məbləğində borcu mövcuddur. Məhkəmə iclasında İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli, 83 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1765.82 ABŞ dolları əsas borc, 2000 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4065.82 ABŞ dolları borcu vardır. xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2016-cı il tarixli, mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 20 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – mühasibat ekspertizasının 14 avqust 2024-cü il tarixli, 9/2864 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış, amliyyə arayışı məlumatları və xx.xx.2012-ci il tarixli 83 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2013-cü il və xx.xx.2016-cı il tarixlərə “Azərbaycan Beynəlxalq Bankı ASCnə olan borcu aşağıdak kimi müəyyən olunur. xx.xx.2013-cü il tarixə əsas kredit borcu 3779.86 ABŞ dolları, faiz borcu 60.23 ABŞ dolları, xx.xx.2016-cı il tarixə əsas kredit borcu 1509.69, faiz borcu 0.00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 452.99 ABŞ dolları müəyyən olunur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinəəsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1,477.0.2,477.0.3,477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə,habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda,əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə,zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə,kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə,zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə yanaşı kreditor "xxxx" ASC-i qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə birlikdə "xxxx" ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, iddiaçı "xxxx" ASC-i tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Hazırki iş üzrə 25 yanvar 2012-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, 25 yanvar 2012-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 12 ay müəyyən edildiyi və kredit müqaviləsinin xx.xx.2013-cü il bitmə tarixindən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda, həmin müddət keçdikdən təxminən 2 il 11 aydan artıq müddət keçdikdən sonra iddiaçı "xxxx" ASC-i cavabdeh zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.2-cı maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasından iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddiaçı cavabdehlərin borclu olması barədə məhkəməyə sübut təqdim etmiş, cavabdeh X3 iddiaçının tələb etdiyi borcu mübahisələndirmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində cavabdehin etirazında göstərilənlər təsdiq olunmuşdur. İddiaçı ekspert rəyini mübahisələndirməmişdir. Buna görə də məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, ekspert rəyində xx.xx.2016-cı il tarixə hesablanmış 1509,69 ABŞ dolları məbləğində kreditin əsas məbləği ödənilməli, faiz borcu isə iddiaçının maliyyə arayışı tərtib etdiyi tarixə hesablanmadığından faiz borcu tələbinə dair hissə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 zaminliyinə xitam verilməli olduğundan, Cavabdeh1 1509.69 ABŞ dolları əsas, 30 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 1539.69 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul tutularaq İddiaçı2 QSC-in hesabına keçirilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət nəfinə verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1509.69 ABŞ dolları əsas, 30 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 1539.69 ABŞ Dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul tutularaq İddiaçı2 QSC-in hesabına keçirilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı2 QSC-in hesabına keçirilsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar