Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-801/2024 15.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Göyçay Rayon Məhkəməsinin 2(046)-2994/2017 saylı, 08 avqust 2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızından müştərək qaydada kreditor İddiaçı ASC-nin xeyrinə 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcu, 191.14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2162.78 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Göyçay Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı ilə kreditor LPO olan "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair Göyçay Rayon Məhkəməsinin 2(046)- 2994/2017 saylı, 08 avqust 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 21.5 faiz dərəcəsi ilə hesablanmaqla 3000 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızı arasında xx.xx.2015-ci il tarixli, 260008832/ZM saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər müqavilə şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.4.2ci maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Hal-hazırda borcluların İddiaçı ASC-nə 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcu, 191.14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2162.78 ABŞ dolları məbləğində borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızı məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-i tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 21.5 faiz dərəcəsi ilə 3000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-i ilə cavabdehlər Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızı arasında zaminlik müqavilələri bağlanmış, zaminlər Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızı kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcu, 191.14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2162.78 ABŞ dollar borcu vardır. xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2017-ci il tarixli ödəmə tapşırığından görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 20 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı LPO "xxxx" ASC-i qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızından müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 15.05 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızından müştərək qaydada xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcu, 15.05 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1986.69 ABŞ dolları məbləğində pul alınıb iddiaçı LPO "xxxx" ASC-nə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızından müştərək qaydada xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1508.46 ABŞ dolları əsas borc, 463.18 ABŞ dolları faiz borcu, 15.05 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1986.69 (min doqquz yüz səksən altı dollar altmış doqquz cent) ABŞ dolları məbləğində pul alınıb iddiaçı LPO Dəmir Bank» ASC-nə verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qarayeva Sədaqət Vaqif qızından müştərək qaydada 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı LPO "xxxx" ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-801/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-801/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver