Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1352/2021 04.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə Göyçay şəhərində baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh birgə nikahdan anadan olmuş uşağın saxlanması üçün alimentin tutulması barədə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1352/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1352/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver