Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1380/2023 12.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X5 və X1 üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan üç övladı-Əyyubova Nuray xx.xx.2013-cü il tarixdə, Əyyubova Aysu xx.xx.2015-ci il tarixdə və Əyyubov Murad xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Cavabdeh valideyinlik vəzifəsini yerinə yetirmir, uşaqların yaşaması, yeyib içmək, təhsil, dərslərə hazırlıq, geyim və s. xərcləri üçün heç bir vəsait ödəmir. Uşaqların saxlanması xərcləri birtərəfli qaydada onun tərəfindən təmin edilir. Artıq uzun müddətdir ki, ayrı yaşaylar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən X4, X5 və X1 üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat aliment tutulmasında dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı ilə 12 sentyabr 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X9, 12 dekabr 2015-ci il tarixdə X10 və xx.xx.2020-ci il tarixdə X11 doğulmuşdur. Birgə nikahlarından doğulmuş uşaqların saxlannması üçün hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Belə ki,onun aylıq əmək haqqı 600 manatdır.Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X3 ilə nikahları Naxçıvan MR Şərur rayonun Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 sentyabr 2012-cu ildə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əyyubova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X9, 12 dekabr 2015-ci il tarixdə X10 və xx.xx.2020-ci il tarixdə X11 anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İşə əlavə edilmiş “AZEMİS” X2 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləməklə, 654 manat 75 qəpik əmək haqqı alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması,boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar.(Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2013-cü ildə anadan olmuş X4, xx.xx.2015-ci ildə anadan olmuş X5 və 01 oktyabr 2020-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün eyni zamanda həm hər ay hər birinə 30 manat,cəmi 90 manat sabit pul məbləğində,həm də qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X4, xx.xx.2015-ci ildə anadan olmuş X5 və 01 oktyabr 2020-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün eyni zamanda həm hər ay hər birinə 30 manat,cəmi 90 manat sabit pul məbləğində,həm də qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh 70 manat 04 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1380/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1380/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver