Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1416/2023 26.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı Nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çataraq normal şəraitdə saxlanması üçün Cavabdeh Oktay oğlundan hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X6 ilə aralarında 25 aprel 2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 101 nömrəli qeyd ilə nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2008-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Hal-hazırda cavabdehlə ayrı-ayrı ünvanlarda yaşayırlar. Cavabdeh artıq 7 aya yaxın müddətdir ki, uşaqların normal şəraitdə saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Özü də işsiz olduğundan valideyninin himayəsinə sığınmaqla uşaqların yaşayışını çətinlik içində təmin edir. Faktiki himayəsində olan 2 azyaşlı uşağın normal şəraitdə saxlanması üçün ay ərzində təxminən orta hesabla 500- 600 manat civarında vəsait tələb olunur. Qazancının olmaması səbəbindən uşaqların xərclərini lazımınca ödəyə bilmir. Hesab edir ki, belə bir vəziyyətdə himayəsində olan uşaqların normal şəraitdə saxlanması üçün, hər ay hər bir uşağa 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilməli və cavabdehdən tutularaq xeyrinə verilməlidir. xx.xx.2023-cü il tarixdə aliment tələbinə dair mediatr X3 təklifi əsasında mediasiya sessiyasının keçirilməsi barədə Cavabdeh Oktay oğluna sessiyanın vaxtı və yeri barədə məlumat göndərilmiş olsa da, o iştirak etməkdən imtina etmişdir. İlkin mediasiya xərci olaraq tərəfimdən 50 (əlli) manat rüsum ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Nümayəndəsi X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Nümayəndə ilə 25 aprel 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X8 doğulmuşdur. Birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər.Belə ki, onun daimi iş yeri və əmək haqqısı yoxdur. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 17 may 2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh Nümayəndə ilə nikahları Göyçay rayon Qeydiyyat Şöbəsində 25 aprel 2006-cı ildə 101 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 17 may 2023-cü il tarixli arayışlarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X8 anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, Nümayəndə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması,boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar.(Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Nümayəndə verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı Nümayəndə dövlət rüsumunu ödəməkdən azad edildiyindən,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 160 manat,cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Nümayəndə verilsin. Qalan hissədə iddia təmin edilməsin Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh 58 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1416/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1416/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver