Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1424/2020 10.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Borclu 670 manat məbləğində əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Kreditor MMC-nin ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Kreditor MMC-nin hazırki iddia ərizəsinə əlavə etdiyi 20 manat dövlət rüsumunun ödənilməsi barədə ********* saylı qəbz, Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən 2(046)-1324/2020 saylı iş üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Kreditor MMC-nin cavabdehlər Borclu qarşı borc tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1424/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1424/2020
10.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver