Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1511/2023 17.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 aprel 2016-cı il tarixdə anadan olmuş X5 və 08 avqust 2020-ci tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 14 iyun 2018-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Birgə yaşayışdan 12 aprel 2016-cı il tarixdə X8 və 08 avqust 2020-ci tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir- birlərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Sonra ailə münasibətləri tədricən soyuyaraq birgə yaşamaqları mümkün olmamış və bu səbəbdən Cavabdehla ayrılaraq övladları ilə birlikdə valideyinlərinə məxsus evə köçmüşdür. Birgə nikahlarından olan Aysunun və Banunun bu günə kimi bütün maddi və mənəvi tələbatını o və ailəsi qarşılayır. Cavabdeh bir ata kimi onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Hazırki, vəziyyətdə uşaqların təminatını ödəmək çətindir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh ilə rəsmi nikahları pozulmamış, cavabdehin ailəyə qarşı münasibətinin müsbət şəkildə dəyişəcəyinə ümid yarandığı üçün bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı ilə nikahlarını 14 iyun 2018-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə yaşayışdan xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 doğulmuşdur. Birgə yaşayışdan doğulmuş uşaqların saxlanması üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qədirov X3 Nigar Aslan qızı ilə nikahları Göyçay rayon Qeydiyyat Şöbəsində 14 iyun 2018-ci ildə 127 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qədirova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2020-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki,X2 mülkiyyətində «QAZ 3302-14» markalı,** XX *** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması,boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar.(Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 170 manat,cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin Məhkəmə xərcləri cavabdehə aid edilsin 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 60 manat 80 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1511/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1511/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver