Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1545/2022 24.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə,iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, X24, X10 və X8 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, X11, X24, X12 və X13 arasında KOD-40814058, JN 1035 nömrəli dövlət aktına əsasən X3, X16, X4 və X5 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və həmin alqı-satqı müqaviləsi etibarlı sayılması və Göyçay rayon Notariat Ofisi tərəfindən 31 mart 2022-ci il tarixdə təsdiqlənmiş, KOD-40814058, JN 1035 nömrəli dövlət aktına əsasən X3, X16, X4 və X5 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsi ilə bağlı X24, X12 və X13 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində yeləşən 1.5 ha torpaq sahəsinin 0.9018 ha hissəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X3, X16, X2 və X6 mülkiyyətinə verilmiş və onların adına KOD-40814058, JN 1035 nömrəli dövlət aktı işlənmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X3, X16, X2 və X6 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsi kolxoz dövründən bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini X24, X10 və X14 ilə razılaşıb satın almaq qərarına gəlmiş, xx.xx.2005-ci il tarixdə X15, X24, X14 və X10 tərəfindən həmin torpaq sahəsi ona satılmış, aralıarnda alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsini Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyev təsdiqləmişdir. Həmin torpaq sahəsi və KOD-40814058, JN 1035 nömrəli dövlət aktının əsli İddiaçı təhvil verilmiş, İddiaçı isə torpaq sahəsini bir daha bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş pul məbləği cavabdehlərə təqdim edilmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versədə bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir müddət keçdikdən sonra cavabdehlərin həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini bilmişdir. Belə ki, JN : 1035 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsli onda olduğu halda, X13 həmin dövlət aktının itməsi barədə DƏDRX-nə bilə-bilə yalan məlumat vermiş və saxtakarlıq edərək həmin torpaq sahəsinə yenidən çıxarış almışdır. Göyçay rayon Notariat Ofisinin notariusuna və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16-saylı ərazi idarəsinə rəsmi müraciət edərək, kolxoz dövründən istifadəsində olan, sonradan Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinin təkrar satılmasının qarşısını almaq istəsə də, həmin torpaq sahəsi (torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsilə satın almağım barədə məlumatlı olan) qonşusu Cavabdeh4 satılmışdır. İddiaya etiraz: Göyçay rayonunun Mirzəhiiseynli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN1Ö35 kod 40814058 üzrə satıcılar X25, X12, X7 paylı mülkiyyətində olan 0,90 ha torpağı AN-1 №1029268 nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla almışdır. Alqısatqı müqaviləsi 31 mart 2022-ci ildə Göyçay rayon notariat kontorunda bağlanmışdır. Bundan sonra alqı-satqı müqaviləsi bağlayıb satın aldığı torpağı qanuna uyğun qaydada Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən Çıxarış verilməklə qeydiyyata alınmışdır. Mirzəhiiseynli kəndində yaşamaqla həmin torpaq sahəsindən uzun illərdir ki, istifadə etmiş, İddiaçı qərəzli qaydada iddia qaldıraraq bizim torpaq üzərində qanunauyğun mülkiyyət hüququmuzu pozmaq istəyir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə cavabdeh X10 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində 0.9018 ha torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsini maddi imkanı olmadığından, pula ehtiyacı olduğundan, digər Cavabdeh4 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən satmışdır. 2005-ci il tarixdə iddiaçı ilə heç bir alqı-satqı müqaviləsi bağlamış, ona torpaq sahəsi satmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-1035 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi X24, X10 və X14 mülkiyyətinə verilmişdir Məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini X24, X10 və X14 tərəfindən İddiaçı satılmışdır. Qeyd: Müqavilədən “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmış, Şıxaliyev.A, Şıxaliyev.A və Şıxaliyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi mülkiyyətçilər X24, X10 və X14 tərəfindən Cavabdeh4 satılmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.9018 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.7-ci maddsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarında şərh edilmişdir ki, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər X24, X10 və X6 ümumi birgə mülkiyyətində olan Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini müqavilə əsasında xx.xx.2005-ci il tarixdə satın aldığını iddia edir, həmin müqavilənin balanmış hesab edilməsini və etibarlı sayılmasını xahiş edir. Eləcə də, X24, X10 və X14 tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsinin Cavabdeh4 satılmasına dair xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə cavabdehlər X24, X10 və X14 arasında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanılarkən X6 17 yaşı, X2 isə 15 yaşı olmuşdur. Həmin müqavilə onların əvəzinə anası, yəni cavabdeh X24 tərəfindən imzalanmışdır. Halbuki, müqavilə bağlanılarkən X6 və X1 icra etmək üçün X24 tərəfindən qəyyumluq və himayəçilik orqanına müraciət edilməli, müraciətinə baxılaraq Arzu Şıxaliyevaya azyaşlı uşaqlarının adından müqavilə bağlanmağına dair müvafiq icazə verilməli idi. X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin imperativ normasını pozaraq, torpaq sahəsinin alğı-satqısına dair müqaviləni azyaşlı uşaqlarının adından heç bir səlahiyyəti olmadan imzalamışdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbindən görünür ki, ümumi-birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi yalnız bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Hazırki işin faktiki halından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər X6 və X2 razılığı alınmamış və razılaşma olmadan onların mülkiyyətində olan torpaq sahəsi iddiaçıya satılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər X24, X12 və X13 qarşı 0.9018 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbi əsassız olduğundan, iddiaçının Cavabdeh4 qarşı cavabdehlər X24, X12 və X13 arasında notarial qaydada təsdiq olunmuş 0.9018 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X24, X10 və X8 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması, Cavabdeh4 qarşı cavabdehlər X24, X12 və X13 arasında notarial qaydada təsdiq olunmuş 0.9018 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər X24, X10 və X8 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və Cavabdeh4 qarşı cavabdehlər X24, X12 və X13 arasında 0.9018 ha torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1545/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1545/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver